Güclü qasırğa gəlir Ərdoğandan iqtisadi böhran şərhi
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-dəki iclasda gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, ABŞ-nin idxal rüsumlarını artırmasını şərh edən Ərdoğan yeni mübarizə dövrünün başladığını deyib. O bildirib ki, beynəlxalq siyasətdə bütün oyunçular yeni axtarışlara çıxıb və ticarət müharibələrinin təsiri açıq şəkildə hiss olunmağa başlayıb. Ərdoğanın sözlərinə görə "böyük-kiçik demədən hər kəsi təsir altına alacaq bir qasırğa gəlir demək mübaliğə olmaz."
Ərdoğan qeyd edib ki, köhnə qlobal sistemin bünövrəsi sarsılır və dövlətlər hər yerdə cəmiyyət və iqtisadiyyatı gücləndirmək üçün tədbirlər görür. O vurğulayıb ki, Türkiyə bu yeni dövrə hazırlaşan və onu ən yaxşı anlayan ölkələrdən biridir.
Ərdoğanın sözlərinə görə Türkiyə artıq müxtəlif beynəlxalq platformalarda daha çox ön plana çıxır və Türkiyəsiz heç bir qlobal hesab qurulması mümkün deyil. O, ölkəsinin son 23 ildə qurduğu infrastrukturla bu yeni dövrə damğa vurduğunu bildirib.
Son bir həftədə beynəlxalq ticarət müharibələrinin yeni mərhələyə keçdiyini deyən Ərdoğan gömrük tarifləri ilə bağlı qarşıdurmaların qızışdığını və kapital bazarlarında hələ də dalğalanmaların davam etdiyini vurğulayıb. Ərdoğan bildirib ki, bu proses inflyasiyanın yüksəlməsinə, bazarlarda etimadın azalmasına və əmtəə qiymətlərində dalğalanmalara səbəb ola bilər.
Bəxtiyar Umarlı
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Aprel 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















