Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik

Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

28 May – Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş Laçın şəhərində çıxışı ölkəmizin müasir tarixində və yaddaşımızda həm strateji, həm də mənəvi baxımdan mühüm hadisə kimi yadda qaldı. Bu çıxış sadəcə bir dövlət rəhbərinin nitqi deyil, həm də Azərbaycanın geosiyasi reallıqlarının, regional əməkdaşlıq modelinin və milli iradəsinin ifadəsidir.

Prezident İlham Əliyev bir daha sübut etdi ki, onun rəhbərliyi ilə Azərbaycan dövləti yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bölgədə sabitlik, inkişaf və tərəqqi naminə möhkəm təməl yaradır. Vaxtilə işğala məruz qalmış və indi yenidən həyatın qaynayıb çağladığı strateji məkanda - Laçında etdiyi çıxış, xalqın Prezidentə olan sonsuz etimadını daha da gücləndirdi.
Hadisələri və reallıqları analiz edəndə aydın görürük ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, dünyanın qəbul etdiyi yeni reallıqları formalaşdıran və diktə edən bir dövlətə çevrilib. İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbə, 2023-cü ildə keçirilən antiterror tədbirləri və hazırda aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, bu liderliyin təməlində güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik dayanır.
Prezidentin çıxışında xüsusi yer tutan Azərbaycan–Türkiyə–Pakistan üçlüyü artıq regional əməkdaşlıq modeli olmaqla yanaşı, qlobal təhlükəsizlik arxitekturasında da yeni bir yanaşmanın nümunəsidir. Laçında keçirilən ikinci üçtərəfli Zirvə görüşü, dövlət başçısının da qeyd etdiyi kimi, bu birliyin gücünü və əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi.
Ən önəmlisi odur ki, bu qardaşlıq yalnız siyasi deyil, həm də mənəvi, tarixi və mədəni köklərə əsaslanır. Türkiyənin və Pakistanın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək heç zaman unudulmayacaq və bu dəstək bizim qələbəmizə aparan yolun mühüm dayaqlarından biri oldu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın XX əsrin əvvəlində yaşadığı tarixi ədalətsizlikləri – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Qərbi Zəngəzurun qoparılıb Ermənistana verilməsi, Laçının işğalı və Xocalı soyqırımı kimi hadisələri xatırladaraq, bu ədalətsizliklərə qarşı xalqımızın iradə ilə cavab verdiyini vurğuladı: "Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirdi.
1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.
Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb.
Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir"
Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Bu, təkcə keçmişə baxış deyil, həm də gələcəyə doğru atılan inamlı addımların ifadəsidir.
Bu gün azad edilmiş torpaqlarda aparılan sürətli və sistemli quruculuq işləri – hava limanları, dəmir yolları, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri – Prezidentin strateji baxışının təzahürüdür. Artıq 43 mindən çox insan doğma yurduna qayıdıb və bu proses davam edir.
Ölkə Prezidentinin çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq dörd ildən çoxdur ki, qalib xalq və qalib dövlət kimi yaşayır. Bu status təsadüfən əldə olunmayıb – bu, sistemli siyasətin, xalq-iqtidar birliyinin və güclü liderliyin məntiqi nəticəsidir.
Bugünkü Laçın – yalnız bir şəhər deyil, həm də əzmin, qələbənin, qardaşlığın və yenidən doğuşun simvoludur. Prezident İlham Əliyev bu reallıqları öz çıxışında aydın və qətiyyətli şəkildə ifadə etdi: "Biz qayıtmalıydıq və qayıtmışıq."
Prezident İlham Əliyevin Laçın çıxışı təkcə bir bayram çıxışı deyil, həm də Azərbaycanın siyasi iradəsinin, regional liderliyinin və beynəlxalq nüfuzunun bəyanatıdır. Bu çıxış həm tarixə yazıldı, həm də gələcək üçün yol xəritəsinə çevrildi.
Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq, milli maraqlarımız hər zaman qorunacaq və Azərbaycanın parlaq gələcəyi təmin ediləcəkdir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri