“Gül bağçası” məktəbyaşlı uşaqlar üçün yeni nəşr AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bak, 15 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını nəşr edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitabda şairin “Xarıbülbül”, “Bənövşə”, “Lalə”, “Zanbaq”, “Nərgiz”, “Qərənfil” kimi ilk dəfə işıq üzü görən şeirləri rəngli illüstrasiyalarla təqdim olunur. Kitab məktəbyaşlı uşaqları Musa Yaqub yaradıcılığı ilə yaxından tanış etməklə yanaşı, dərsdənkənar mütaliə vəsaiti olaraq Vətənə, təbiətə, bitki aləminə sevgi və bağlılıq yaratması ilə diqqət çəkir.
Kitaba daxil edilən rəngli illüstrasiyaların müəllifi gənc rəssam Şəhla Feyziyeva, redaktoru Yaşar Əliyevdir.
Yeni nəşri yaxın günlərdə kitab evləri və mağazalardan əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















