Gülbəniz Bayramovanın işdən çıxarılmasının səbəbi açıqlandı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasının təfərrüatını açıqlayıb.
İdarədən Axar.az-a bildirilib ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.
"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ BƏLLİ OLDU
29 Yanvar 2025 09:41
Hüseynlinin heyətdən çıxarılmasının səbəbi
07 Aprel 2025 12:33
Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ
02 Sentyabr 2025 21:00
Metropoliten rəisinin işdən çıxarılmasının İLKİN SƏBƏBLƏRİ
20 Dekabr 2024 23:17
Baxış sayı:138
Bu xəbər 07 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















