Icma.az
close
up
RU
Güldən “Cümhur ittifaqı”na böyük dəstək: “Fövqəladə bir addımdır”

Güldən “Cümhur ittifaqı”na böyük dəstək: “Fövqəladə bir addımdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyənin 11-ci prezidenti Abdullah Gül "Cümhur İttifaqı"nın verdiyi qərardan və Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanı silahı yerə qoyaraq təşkilatı ləğv etmək çağırışı ilə göstərdiyi böyük cəsarətdən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Baxçalının oktyabrın 22-də PKK-nın həbsdə olan lideri Abdullah Öcalana təşkilatı ləğv etmək şərtilə çağırışından sonra başlayan proses davam edir.

İmralı adasında PKK-nın həbsdə olan lideri Abdullah Öcalan ilə DEM Partiyasının nümayəndə heyətinin görüşündən sonra başlayan danışıqların birinci raundu başa çatıb.

Mövzu ilə əlaqədar danışıqların gedişi davam edərkən, 11-ci prezident Abdullah Güldən diqqət çəkən açıqlamalar gəlib.

Gül MHP lideri Baxçalının PKK lideri Öcalanı Türkiyə Böyük Millət Məclisinə dəvət etməsi və ümid haqqı təklif etməsi ilə başlayan prosesi dəyərləndirib.

MHP liderinin  açıqlamalarına tam dəstək verən Gül, "Baxçalının açıqlamaları fövqəladə bir addımdır" deyib.

Baxçalının açıqlamalarını alqışladığını bildirən Gül, "Mən də bu addımı türk millətçiliyinə verilən ən böyük xidmət kimi qiymətləndirirəm" deyib.

Abdullah Gül mövzu ilə bağlı açıqlamasında bildirib: 

“Türkiyədə bəzilərinin “kürd məsələsi”, bəzilərinin isə “terror məsələsi” adlandırdığı bu məsələ ölkənin ən mühüm problemlərindən biridir. Cümhuriyyət yaranandan bəri mövcud olan və son 30-40 ilin ən həlledici məsələsinə çevrilən bu problem həm siyasətə, həm də cəmiyyətə dərindən təsir edib.

Mən də prezident olduğum müddətdə və əvvəlki vəzifələrimdə bu məsələni Türkiyənin ən böyük problemi kimi görmüşəm. O zaman mən bu məsələnin həlli üçün çox səy göstərdim və məsələnin Türkiyənin öz təşəbbüsü ilə mütləq gündəmdən çıxarılmasını müdafiə etdim.
Cənab Dövlət Baxçalının açıqlamalarını “fövqəladə bir addım” kimi qiymətləndirirəm”.

Gül həmçinin, Baxçalının təşəbbüsünü yeni səhifənin açılışı kimi gördüyünü bildirib: 

“Çünki belə problemlərdə ən çox əks fikirdə olan qruplar arasında dialoq və anlaşmanın inkişafı, həll üçün zərurətdir. Əks halda, qütbləşmə davam edəcək və hər bir tərəf məsələni öz baxış bucağında birləşdirməyə çalışacaq.

Bu kontekstdə bu mövzuda keçmişdə ən kəskin mövqenin Milliyyətçi Hərəkat Partiyasının olduğunu nəzərə alsaq, cənab Baxçalının bu addımı son dərəcə əhəmiyyətli bir inkişafdır.

Mən bu təşəbbüsü yeni səhifənin açılışı kimi görürəm və ümid edirəm ki, bu proses rəvan irəliləyəcək və yekunlaşacaq”.

Yeni prosesin uğurla başa çatmasının türk millətçiliyinə hörmət etmək demək olduğunu düşündüyünü deyən Gül, kürd probleminin həlli ilə Türkiyənin daha güclü bir ölkə olacağını vurğulayıb:

“Mən də bu addımı türk millətçiliyinə verilən ən böyük xidmət kimi qiymətləndirirəm. Türk millətçiliyinə geniş prizmadan baxanda, bu o deməkdir ki, Türkiyə güclü bir ölkəyə çevrilib, problemlərindən xilas olaraq bütün enerjisini xalqının xoşbəxtliyi və firavanlığına yönəldib, beynəlxalq aləmdə seçilən və ətrafına ilham verən bir cəmiyyət kimi öz yerini tutur. Hesab edirəm ki, Türkiyə indi bütün gücünü öz xalqının xoşbəxtliyinə sərf etməlidir”.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri