Güləmayıl Muradın rəhbərlik etdiyi jurnal festivalda maraqla qarşılandı
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı-şair Güləmayıl Muradın baş redaktoru olduğu “Turan Birliyi” jurnalının təqdimatı keçirildi.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Qadın Yazarlar İctimai Birliyinin sədri olan Güləmayıl Murad festivalda redaksiya heyəti ilə birlikdə iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı İlham Qəhrəmanın folklor nümunələri təqdim olundu - FOTO
Festival iştirakçıları tərəfindən maraqla qarşılanan təqdimat zamanı izdiham yaşanıb, oxucular jurnal və müəllifin kitabları ilə yaxından tanış olublar.
"Turan Birliyi” jurnalı 2025-ci il iyulun 4-dən fəaliyyətə başlayıb. İlk sayı “Zəfərnamə” adı ilə işıq üzü görüb və Vətən Müharibəsində qazandığımız qələbənin 5 illiyinə həsr olunub. Jurnalda Azərbaycanın görkəmli qadınlarının həyat və yaradıcılığı yer alır. Dörd aydan bir nəşr olunan jurnalın indiyədək iki sayı çap olunub.
Jurnalda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin müxtəlif şəhərlərindən qadın yazarlar fəaliyyət göstərir.
Qeyd edək ki, Güləmayıl Murad 25-i vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmaqla ümumilikdə 45 kitab müəllifidir.
Müəllif 500-ə yaxın şəhid ailəsi ilə görüşüb, Tovuz və Aprel döyüşlərinə dair əsərlər qələmə alıb.
Yazıçının kitabları Türkiyə mətbuatında da yayımlanıb. O, həmçinin Prezident mükafatçısıdır.
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media
Baxış sayı:163
Bu xəbər 22 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















