Icma.az
close
up
RU
Gülərkən gözlərini əbədi yuman aktyor Əliağa Ağayev

Gülərkən gözlərini əbədi yuman aktyor Əliağa Ağayev

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycanın unudulmaz sənətkarı, Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Əliağa Ağayevin doğum günüdür.

Oxu.Az xatırladır ki, Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub.

Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında baş obraz olub.

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında "Dik" rolu ilə çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən əksər tamaşalarda rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.

Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki "Məşədi İbad" obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) "Abış Surxayeviç" obrazıdır.

Gülərkən gözlərini əbədi yuman aktyor - Əliağa Ağayev

İyirmi iki il Akademik Milli Dram Teatrında işləyən sənətkar bu səhnədə "Vasin" ("Tanya", Aleksey Arbuzov), "Allanəzər" ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), "Qulaməli", "Alışov", "Nağı" ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), "Birinci məzarçı", "Stefano" ("Hamlet" və "Fırtına", Uilyam Şekspir), "Rista Podoroviç" ("Nazirin xanımı", Branislav Nuşiç), "Pişta Orbek" ("Füsunkar qız", Mikolaş Dyarfaş), "Keşiş Bazilo" ("Bu qadın mənimdir", Raymonda Juniyor), "Çakan Yemelyan" ("Daşqın", Anatoli Safronov), "Anatoli Novoseltsev" ("Sevgi… sevgi…", Emil Braginski və Eldar Ryazanov), "Miçiç Kotryans" ("Xanuma", Avksenti Saqareli), "Rüstəm Zaloviç", "Ağadayı" ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), "Səfər" ("Söz yarası", Qeybulla Rəsulov), "Sərxan" ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), "Divanbəyi", "Kərəməli" ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), "Tosun" ("Səyavuş", Hüseyn Cavid), "Nəsir bəy", "Aslan", "Bərbərzadə", "Kərəmov", ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), "Vəzir" ("Karıxmış Sultan", Taufiq əl Hakimi), "Hacı Əbdüləzim" ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), "Mirzə Səməndər", "Babakişi" ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), "Osman" ("Bağ qonşuları", Hay Vahid), "İbiş İbişli" ("Adamın adamı", Anar) rollarında çıxış edib. Əliağa Ağayev kinoda "Məşədi İbad"dan əlavə "Xan" ("Sehrli xalat"), "Şıxəli" ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" ("Kassir"), "Qanun naminə" ("Anbardar"), "Bir məhəlləli iki oğlan" ("Feyzi") və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.

Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır.

Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın "Əməkdar artisti", 27 fevral 1954-cü ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Səhnə görkəmi ilə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli olub. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirib. Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru olub və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verib. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışıb. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:327
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri