Icma.az
close
up
RU
Güləş millimiz İslamiadaya hazırlığı başa çatdırıb

Güləş millimiz İslamiadaya hazırlığı başa çatdırıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq. Səfər ərəfəsində yığmaların baş məşqçiləri ilin son mötəbər yarışına hazırlığı dəyərləndirib.

Xetaq Qazyumov, sərbəst güləş üzrə baş məşqçi:

–Hazırlıq plan üzrə gedir. Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur. Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur. İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq.   

Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə baş məşqçi:

–Dünya çempionatından sonra komandaya istirahət verildi. Bu müddət ərzində zədəsi olanlar bərpa prosesi keçdilər. Daha sonra ümumi fiziki hazırlıq prosesi baş tutdu. Noyabrın 1-də isə iki həftəlik taktiki-texniki çalışmalara başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün yorğunluq var. Ona görə də artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, yüklənmə olmasın. Bu yarışda əsas rəqibimiz İran olacaq. Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də bu siyahıya əlavə etmək olar. Fikrimcə, İslamiadada bizi ciddi rəqabət gözləyir. Sözsüz ki, bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik. Səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi təhlil edir və bizə qarşı xüsusi köklənirlər. Ona görə də maksimum hazırlıqlı olmalıyıq.    

Toğrul Əsgərov, qadın güləşi üzrə baş məşqçi əvəzi:

“İslam Oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik”.

Xatırladaq ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri