Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Güləş millisinin yubilyar məşqçisi: Əlimdə olan imkanlardan sui istifadə etməmişəm

Güləş millisinin yubilyar məşqçisi: Əlimdə olan imkanlardan sui istifadə etməmişəm

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 22-də sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi, Vahid Məmmədovun 70 yaşı tamam olub. Sport24.az xəbər verir ki, "Şöhrət" ordenli əməkdar məşqçi Güləş Federasiyasının mətbuat xidmətinə məşqçilik fəaliyyəti, ən titullu yetirmələri ilə bağlı müsahibə verib.

- Güləşlə tanışlığınız necə baş verdi? Daha öncə qohumlardan kimsə güləşlə məşğul olmuşdu?

- 1965-ci ildə güləşə başlamışam. Düz 10 yaşımda. Yay tətili idi. Firudin adlı həmyaşıdımla çəmənlikdə tutaşdıq. O mənə qarşı "zaçep" (ilişdirmə) fəndini işlətdi. Həmin fəndi mənə öyrətdi. Sonra məni idman zalına apardı. Əkbər müəllimin rəhbərliyi altında güləşlə məşğul olmağa başladım. SSRİ vaxtı nüfuzlu yarışlarda nəticə vermək çox çətin idi. Çünki ilk növbədə SSRİ çempionu olmalıydın ki, daha sonra Avropa, dünya çempionatlarına, Olimpiya Oyunlarına gedə biləsən. Hərbi xidmətə çağırılanda səhvən tikinti bölüyünə düşdüm. İki il məşq etmədiyim üçün karyerama böyük zərbə dəydi. Düzdüz, əsgərlikdən qayıtdıqdan sonra da güləşdim. "Dinamo" idman cəmiyyətinin üzvü idim. SSRİ idman ustası oldum. O vaxtlar hətta I dərəcəni almaq və idman ustalığına namizəd olmaq belə çətin idi. İdman ustasını barmaqla göstərirdilər.

- Məşqçilik fəaliyyətinə nə vaxt başladınız?

- 23 yaşımda karyeramı başa vurdum. Respublika çempionatı keçirilirdi. Tərəziyə çıxanda ilk olimpiya mükafatçımız Rəşid Məmmədbəyovun əmisi oğlu Oktiyar Məmmədbəyov dedi düş tərəzidən. Səbəbini soruşanda yeni qərarın çıxdığını söylədi. 23 yaşadək kim beynəlxalq dərəcəli idman ustası deyilsə, artıq yarışlara buraxılmır. Beləcə karyeramı başa vurdum. 1982-ci ilin yanvarın 15-də məşqçiliyə başladım. Açığı, işləmək istəmirdim. Bilirdim ki, məşqçilik işi çox çətindir. Başqa peşəni seçmək istəyirdim. "Dinamo"nun sədri, Dünya Kubokunun sahibi, Avropa çempionu və dünya ikincisi Rafiq Hacıyev məsləhət gördü ki, müvəqqəti məşqçiliyə başlayım. "Spartak" idman cəmiyyətində işə başladım. Həmin cəmiyyətdə baş məşqçi Manışır Mişiyev idi. Bu mütəxəssis indi İsraildə yaşayır. Dünya və Avropa ikincisi Telman Paşayevin şəxsi məşqçisiydi. 45 il yaşadığım Papanindən uşaqları yığdım. İlk tələbələrim elə Namiq və Arif Abdullayev qardaşları oldu. 170-180 nəfərdən ibarət 5 qrup yığdım. Səhər saat 10-da zala girirdim, axşam 9- 10-da gedirdim evə. Papaninin ilk SSRİ idman ustası və ilk peşəkar məşqçi mən olmuşam. 7 şəhid tələbəm olub. Ən çox uşaq Respublikada məndə olub. Məktəbləri gəzmişəm, bədən tərbiyə dərslərinə gedib baxmışam. Küçələri gəzmişəm. Belə bir şüar var: "kütləviçilikdən peşəkarlığa doğru". Hamısı gəlib olimpiya çempionu olmur ki. Namiqlə Arif sözəbaxan oldu. Məni eşitdilər. Necə deyərlər, çalmağımızla oynamağımız düz gəldi. Əslində onlardan daha istedaslaı uşaqlar var idi. Amma onlar sözə qulaq asmadı. Amma Abdullayev qardaşları sözə qulaq asdılar. Rejim saxladılar. Çətinliklərə dözdülər. Nəticə də göz qabağındadır.

- Onların güləşə gəlməsi necə oldu?

- Divar qonşusu olmuşuq. Ataları Yadulla kişiylə dost olmuşuq. Allah ona rəhmət eləsin. Güləşmələrinə razı deyildi. "Uşaqlarımızı aparırsan, qulaqlarını sındırırsan, göndərirsən üstümüzə, qoy, gedib peşə sahibi olsunlar" deyirdi. Namiq Abdullayev 2000-ci ildə olimpiya çempionu olandan sonra güləşdə kütləvilik artdı. Sidneydən qayıdandan sonra aeroportda çoxlu adamı görəndə gözümə inanmırdım. Halbuki 4 il əvvəl Atalantadan qayıdanda qarşılayan olmamışdı. 1996-cı ildə Namiqin qazandığı gümüş medalı Ulu öndər Heydər Əliyev qızıl medal kimi qəbul etdi. O, başqa sahələr kimi, idmanı da yaxşı bilirdi. Sidney-2000-də bir arzum var idi: Namiq olimpiya çempionu olsun. Fikirləşmirdim ki, qayıdanda mənə "Şöhrət" ordeni verilər. Heydər Əliyev bizi yetərincə qiymətləndirib.

- Abdullayev qardaşlarının idmançı kimi hansı fərqli xüsusiyyətləri var idi?

- Arif Namiqdən 1 çəki yuxarı güləşib. Hər ikisinin təlim-tərbiyəsi yüksək səviyyədə olub. Bu, ailədən belə gəlirdi. Onlara axşam saat 10-da yatmalarını tapşırmışdım. Çünkü fiziki işlə məşğul olan, gündə 2 dəfə məşq edən insan tez yatmalıdır. Deyirdim ki, 10-da yatın, səhər saat 6-da gəlib qapınızı döyəcəm, qacacağıq, 1 saat sonra evə qayıdıb, yuyunub, məktəbə gedəcəksiz. Dərsdən qayıtdıqdan sonra saat 4-də gəlirdilər məşqə. Gündə 2 dəfə biz məşq eləmişik. Axşamlar gəlib qapılarını döyüb, atalarından yatıb-yatmadıqlarını soruşurdum. Yadulla kişi təəccüblə soruşurdu ki, sən bunlara neyləmisən, saat 10 olmamış yatırlar. Onlar həmişə yemək rejiminə də riayət edirdilər. Ona görə də boylarına uyğun çəkilərini qoruyub-saxlaya bilirdilər. 7-8 kq çəki salıb güləşmək olmaz. İnsanın həm sağlamlığına zərərdir, həm də güləşin alınmır. Məsələn, şəxsi tələbəm Cəbrayıl Qadjiyev son ölkə çempionatında 8 kq çəki salıb güləşdi. Ona görə də finalda uduzdu. Bundan gec xəbər tutdum. İndi 79 kq-a keçib. Təlim-tərbiyə həmişə insana lazımdır. Abdullayev qardaşları yeniyetmə vaxtlarından SSRİ yığma komandasının üzvləri olublar. Namiq 1992-ci ildə Olimpiya Oyunlarında iştiraka namizəd idi. Ancaq Barselonaya Vüqar Orucovu apardılar… Namiqə deyirdim ki, harasa gedəndə özünlə bədii kitab götür. Görürüsən ki, gecə yata bilmirsən, götür, oxu. O da bu sözümə əmək edirdi.

- Sevimli fəndləri hansılar idi?

- Qardaşların güləş üslubu fərqli idi. Namiq yandan ayağa girib, xal alırdı. Xaç fəndini icra edirdi. Hamı onun güləş üslubunu bilirdi. Amma Namiq yenə də öz sevimli fəndlərini istənilən rəqiblə görüşdə icra edirdi. Arif isə qurşaqdan yuxarı fəndləri çox yaxşı yerinə yetirirdi. Məsələn, 2000-ci ildə Almaniya güləşçisinə qarşı işlətdiyi tutub atma fəndini qeyd edə bilərəm. Onun fəndləri çox gözəl alınırdı. Çünki Arif çox cəld idi, rəqibi tutan kimi atırdı.

- "Məşqçi intiuisiyası" deyilən anlayış var. Siz Namiq Abdullayevdə yeniyetmə yaşlarından olimpiya çempionu olacaq potensialı görürdünüz?

İştah diş altında olur . Yeməyi görməlisən ki, o yemək üçün ağzın sulansın. Bəzən zalda soruşuram ki, kim istəyir Olimpiya çempionu olsun? Görürəm hamısı əlini qaldırır. Deyirəm, istəmək başqadır, əməl etmək başqa. Namiq 1996-cı ildə olimpiya ikincisi çoxları bunu təsadüfi nəticə sayırdı. 4 il sonra olimpiya çempionu olanda adi idmançılar da milli komandaya düşməyə can atırdı. Artıq idmançılarda "biz də olimpiya çempionu ola bilərik" düşüncəsi yarandı. İdmana böyük axın oldu. Burada məşqçinin də üzərinə böyük iş düşür. Mən 43 ildir məşqçi işləyirəm. İndi də yeni şeylər öyrənirəm. Bəzi məşqçilərdə isə bunu görmürəm… Bəli, mən Namiqdə o potensialı görürdüm. Abdullayev qardaşları mənim bir dediyimi iki eləmirdilər.

- İndiki yetirmələrinizdən kimsə olimpiya çempionu ola bilər?

- 8 ildir ki, şəxsi tələbəm olan Cəbrayıl Qadjiyevdə bu potensialı görürəm. Aşağı yaş qruplarında dünya və Avropa çempionu olub. Ancaq hələ ki, böyüklər arasında həmin uğurları qazanmayıb. Bunun üçün sözə qulaq asmalıdır. Hələ gec deyil. Son ölkə çempionatının finalında məğlub oldu. Dediyinə görə, səhvlərindən nəticə çıxarıb.

- 70 yaşı haqlamısınız. Hələ də məşqçilik ehtirasınız, enerjiniz və həvəsiniz var.
- Sağlamlığım var, işləyə bilirəm, ayaqüstə dura bilirəm. Günü-gündən də püxtələşirəm. Evdə oturub neyləyəcəyəm ki. İstəyirəm işləyim, xeyir verim.

- Nəvəniz də güləşlə məşğul olur. Onun potensialını necə qiymətləndirirsiniz?

- 14 yaşı var artıq. 2 ildir onunla məşğul oluram. Uşaq ilk öncə tərbiyəli olsun. Tərbiyəli olanda vətənpərvər də olur. Dərslərini oxusun. Allah mənə ömür versə, reysin üstünə salmağa çalışacağam. Bir az güləşə gec başlayıb. Adam var ki, idmana tez başlayıb tez qurtarır. Bəzi məşqçilərin səhvi ondadır ki, 5-6 yaşındakı uşağı zala gətirirlər. Əvvəllər heç 8 yaşlı uşağı güləşlə məşğul olmağa qoymurdular. 10 yaşından tez olmaz. Elə idman növü var ki, məsələn, üzgüçülük 3-4 yaşından götürməlisən. Gimnastikada da həmçinin. Güləş, boks, ağırlıqqaldırma ağır idman növüdür. Onurğa sütununa güc düşür. Uşağı 5-7 yaşda bu idman növlərinə cəlb etmək onları inkişafdan saxlayır. Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alanda fizioligiyadan, anotomiyadan dərs keçirdilər. İnsan əzələsi, sümüklər və s. barədə ətraflı məlumat verilirdi. İndi idmançıların bir çoxu kitab oxumur. Oxumaq lazımdır. Bədii kitabları çox oxumalısan ki, nitqin gözəl olsun, həyata baxışın düzgün olsun. Böyük-kiçik yerini biləsən.

- Son olaraq, gənc məşqçilərə və güləşçilərə nə tövsiyyə verə bilərsiniz?

- 43 ildir məşqçi işləyirəm. Elə bilirəm ki, yeni başlamışam. Heç vaxt mənəm-mənəmlik etməmişəm. Əlimdə olan imkanlardan sui-istifadə etməmişəm. Fəxr edirəm ki, gördüyüm işə hörmətlə yanaşmışam. İndiki məşqçilərə tövsiyyəm odur ki, öyrənsinlər, öyrənsinlər, öyrənsinlər! İdmançılara da tövsiyyəm odur ki, gəlib nəticə verəndən sonra fikirləşməsinlər ki, bu daha sonuncudur. Pul görəndə dəyişməsinlər, dözümlü, səbirli olsunlar, müəllimlərinin, valideynlərinin sözlərinə qulaq assınlar, təlim-tərbiyələri olsun. Yuxu və qida rejiminə əməl etsinlər. Bir də daim öyrənsinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri