Güləşçimiz Avropa çempionu oldu İkisi gümüş və bürünc medal qazandı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib.
Həlledici görüşdə Dauren Kuruqluyevə (Yunanıstan) uduzan Osman Nurməhəmmədov (92 kiloqram) ikinci yerlə kifayətlənib. Ağanəzər Novruzov (74 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada Ramazan Ramazanovu (Bolqarıstan) üstələyərək, Avropa üçüncüsü olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















