Icma.az
close
up
RU
Güllələnmiş atanın oğlu Çingiz Aytmatovun şəcərəsi, ailəsi, sevdiyi qadınlar... MARAQLI

Güllələnmiş atanın oğlu Çingiz Aytmatovun şəcərəsi, ailəsi, sevdiyi qadınlar... MARAQLI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 5-də Qırğızıstanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə baş çəkib.
Bu muzey paytaxt Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayıblar.
Ev-muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

İlham Əliyev ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi olub. Bu orden Çingiz Aytmatov Beynəlxalq Fondu adından verilir.
Ordeni Azərbaycan Prezidentinə yazıçının oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
Çingiz Aytmatov dünya şöhrətli yazıçı olub. O, 1928-ci ilin dekabrın 12-də türk-qırğız elinin Şəkər adlanan aulunda Torekul Aytmatovun ailəsində dünyaya göz açıb. Torekul Aytmatov görkəmli dövlət xadimi olub, lakin 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. Yazıçının milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa olub.
Çingiz Aytmatovun şəcərəsini araşdıran azərbaycanlı yazıçı Firuz Mustafa onunla bağlı Modern.az-a maraqlı məlumatlar təqdim edib.
“Çingiz Aytmatovun bacısı Roza Aytmatovanın dediyinə görə, onların ulu babası Karanay və Kıtay adlı şəxslər olub. Bəs nə üçün bu sonuncu şəxsin adı məhz Kıtay olub? Məsələ burasındadır ki, Karanay bir gün çinlilərlə (kitaylarla) döyüşdən sonra evə qayıdarkən eşidir ki, oğlu dünyaya gəlib. İndi yeni anadan olmuş uşağa ad qoymaq lazımdır. Karanay göyə baxanda gözünə yeni doğmuş parlaq Ay sataşır, çox fikirləşmədən uca səslə deyir: “Kutu Ay... Kutay...”.  Beləliklə, adı Kutay olan həmin şəxs sonralar Kitay (Kıtay) kimi tanınır. Kıtayın övladı Tulqu, onun oğlu Baytikə, Baytikənin oğlu Tontoğor, Tontoğorun oğlunun adı isə Şəkər olub. Şəkər bildiyimiz kimi Aytmatovun ata-baba yurdunun adıdır. Şəkərin oğlu Xudaynəzər, onun oğlu Asan, Asanın oğlu Tabıldı (Tapdıq), onun oğlu Koncujok, onun oğlu Tınalı, Tınalının oğlu Kimbildi, Kimbildinin oğlu Aytmat (və Birimkul) idi. Aytmatın oğlanlarından birinin adı Torekul idi.
Torekulun iki oğlu və iki qızı olub ki, onlardan da biri Çingiz idi. Çingiz Aytmatov öz şəcərəsi və ulu babalarının həyatı ilə maraqlanırdı. O, bu barədə söhbət düşərkən həmişə zarafatla deyərdi ki, “mən Kitay imperatorluğunun varisiyəm... Mənim babam Kitay imperatoru olub...”.  Bununla da o, ulu babalarından birinin –Kutayın (Kıtayın) adına işarə edərdi. Əslində isə Aytmatov nəslinin çinlilərlə heç bir qohumluğu olmayıb...”.

8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul Zootexnikumuna daxil olub, həmin təhsil ocağını, eyni zamanda sonradan daxil olduğu Bişkək Kənd Təsərrüfatı Universitetini əla qiymətlərlə bitirib. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunub. Ç.Aytmatovun Moskvadakı ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belkçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belkçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.


...Dünya şöhrətli Aytmatovun əsərləri geniş oxucu kütləsinə yaxşı məlumdur. Amma çoxları bilmir ki, ədəbi və siyasi elitadakı kişilər arasında paxılları, düşmənləri çox olsa da, o, qadınların sevimlisi idi...

 “...Bəli, milyonlarla pərəstişkarı olan Aytmatov qadınların ürəyini də fəth etməkdə idi. O, daxilən zəngin olduğu kimi, zahirən də yaraşıqlı idi. Ucaboy, gursaçlı yazıçının dostlarının deməsinə görə, o, idmançılara məxsus sağlam və tökmə bədən quruluşuna malik idi...”, - Firuz Mustafa bildirib. 

Çingiz Aytmatov rəsmən iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Kerez Şamşibayeva ixtisca həkim idi. O, Çingizi və ədəbiyyatı ürəkdən sevirdi. Bu ədəbiyyat həvəskarı - həkim qız, hətta, bir müddət Moskvada Ədəbiyyat İnstitutunda təhsil almışdı. Lakin sonralar təhsilini davam etdirməmiş və onların bu qarşılıqlı sevgisi evliliklə nəticələnmişdi. Cütlüyün iki övladı – Səncər və Əsgər dünyaya gəlmişdi.
Amma uzun, maraqlı, mənalı və çətin həyatın müəyyən bir dönəmində məşhur yazıçı həyat yoldaşından, indiki təbirlə desək, “dost kimi” ayrılıb, ardınca başqa bir xanımla ailə həyatı qurub. 
“Çingiz Aytmatovun ikinci həyat yoldaşı Mariya Urmatovna da ona iki övlad bəxş edib. Mariya Moskvada ssenarilik kursunu bitirib, o, bir yapon vətəndaşı ilə ailə qurmuşdu. Onun Çolpan adlı qızı birinci evlilikdən dünyaya gəlmişdi. Yapondan boşanan xanımın vətənə qayıtmasına kömək edən yazıçı Çingiz Aytmatov ona vurulur və öz istəyini bildirir. Bu məsələdən xəbərdar olan birinci xanımı Kerez dərin psixoloji böhran keçirir. Yaxınlarının dediyinə görə, Aytmatov xanımın qarşısında diz çöküb üzrxahlıq edir, iki övlad bəxş etdiyi üçün ona təşəkkür edir və... yeni ailə qurmaqda israrlı olduğunu bildirir”.
Çingiz Aytmatovun ikinci evlilikdən iki ovladı dünyaya gəlib: oğlu Eldar və qızı Şirin.

“...Aytmatovun atası Torekul Qırğızıstan dövlətinin rəhbərlərindən biri olub,1938-ci ildə güllələnib. Gənc Torekul Aytmatov 1921-25-ci ildə Moskvada, Şərq Xalqları Universitetində təhsil almışdı. Yeri gəlmişkən, Məhəmməd Əmin Rəsulzadə də 1922-ci ildə həmin tədris ocağında Şərq Ədəbiyyatından dərs demişdi. Ehtimal edirəm ki, “millətçi” damğası ilə güllələnən ata Aytmatovun müəllimlərindən biri də Rəsulzadə olmuşdu”.
Çingiz Aytmatov öz atasının nəşini yalnız 50 ildən sonra tapa bilmişdi; bu, DNK testi vasitəsilə dəqiqləşdirilmişdi.

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyulun 10-da Almaniyanın Nürenberq xəstəxanasında dünyasını dəyişib.

Ata-oğul Aytmatovlar Bişkek yaxınlığındakı “Ana-Beyt” məzarlığında dəfn ediliblər.

Qırğız ədəbiyyatının klassiklərindən olan Aytmatov milyonlarla insan üçün ən tanınmış və sevimli yazıçılarından biri olub. Yazıçının “Əlvida, “Gülsarə”, “Ağ paroxod”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Edam kötüyü” povestləri və romanları həqiqi şöhrət gətirib.

Azərbaycanın dostu olan Çingiz Aytmatov vurğunu olduğu və çox sevdiyi Bakıya da bir neçə dəfə səfər edib.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri