Icma.az
close
up
RU
Güllünü qızının öldürdüyü təsdiqləndi KONKRET

Güllünü qızının öldürdüyü təsdiqləndi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı istintaq başa çatıb.

KONKRET.az axsamaz-a istinadən xəbər verir ki, Yalova Cümhuriyyət Baş Prokurorluğu sənətçinin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “qabaqcadan planlaşdıraraq öz valideynini qəsdən öldürmə” maddəsi ilə ittiham irəli sürüb və onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

İttihamnaməyə əsasən, hadisə 26 sentyabr 2025-ci il gecəsi Yalovanın Çınarcıq rayonundakı mənzildə baş verib. İddiaya görə, Gül Tut qızının otağındakı pəncərədən təxminən 18 metr hündürlükdən beton örtüyün üzərinə düşərək həyatını itirib. Məhkəmə-tibbi ekspertizası onun daxili qanaxmadan öldüyünü, qanında 3,53 promil spirt aşkar olunduğunu, lakin zəhərlənmə əlamətlərinin olmadığını müəyyən edib.

İstintaq materiallarında bildirilib ki, hadisədən əvvəl Tuğyan rəfiqəsi Sultan Nur Uludan anasının sevdiyi “Malkata” adlı roman mahnısını səsləndirməsini istəyib. Prokurorluq hesab edir ki, bu addım Gül Tutu otağa cəlb etmək və planlaşdırılan cinayəti həyata keçirmək məqsədi daşıyıb.

Bundan başqa, İstanbul Texniki Universitetinin hazırladığı səs ekspertizasında düşmə anından dərhal əvvəl gənc qadın səsinin rişxəndli şəkildə “Görüşərik, bay-bay” dediyi müəyyən olunub. İttihama görə, həmin sözləri Tuğyan deyib və daha sonra anasını belindən tutaraq pəncərədən aşağı atıb.

Hadisənin yeganə canlı şahidi Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş vəziyyətdə yıxıldığını desə də, sonradan ifadəsini dəyişərək Tuğyanın anasını pəncərədən atdığını bildirib.

İttihamnamədə həmçinin qeyd olunub ki, şübhəlinin hadisədən aylar əvvəl rəfiqələrinə “Bir gün anamı pəncərədən atıb öldürəcəyəm” dediyi, telefonunda isə “Bu qadın ölsün”, “Bezdim anamdan”, “Çözülməmiş məhkəmə işləri” və “Seriyalı qatil davası” kimi mesaj və axtarışların aşkarlandığı bildirilib.

Qeyd edək ki, bütün bunlar prokurorluğun ittihamnaməsində yer alan iddialardır. Tuğyan Ülkem Gülterin təqsirli olub-olmaması ilə bağlı yekun qərar məhkəmə prosesindən sonra veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri