Gülnarə Kərimovaya qarşı yeni İTTİHAMLAR
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveçrədə fəaliyyət göstərən "Lombard Odier" bankı Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın yaratdığı "Office" təşkilatının çirkli pullarının yuyulmasında ittiham edib.
Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Prokurorluq bankın keçmiş əməkdaşını çirkli pulların yuyulmasında iştirak etdiyini, 2005-ci ildən 2012-ci ilə qədər "Office"nin gəlirlərini gizlətdiyini bildirib. Bankın keçmiş menecerinin Gülnarə Kərimovaya məxsus doqquz bank hesabını idarə etdiyi qeyd olunur.
İttihamlar, həmçinin "Lombard Odier" bankının özünə də irəli sürülüb. Bank bu hesabların açılması və idarə edilməsi zamanı çirkli pulların yuyulmasına qarşı mübarizə standartlarına və öz qaydalarına əməl etməməkdə, həmçinin çirkli pulların yuyulmasının qarşısının alınması üçün tədbirlər görməməkdə ittiham olunur.
Qeyd edək ki, Gülnarə Kərimova 2019-cu ildən həbsdədir. O, cinayətkar qrup yaratmaq, dələduzluq, mənimsəmə və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:114
Bu xəbər 30 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















