Gülşən Paşayeva: Fransa keçmiş Minsk qrupunun həmsədri olsa da, vasitəçiliyi heç bir nəticə vermədi
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa keçmiş Minsk qrupunun həmsədri olsa da, vasitəçiliyi heç bir nəticə vermədi.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü, deputat Gülşən Paşayeva Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq tədbirin "Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu" mövzulu birinci panel sessiyasında deyib.
O, Fransa ilə tarixən mövcud olmuş müsbət əlaqələrdən söz açıb və rəsmi Parisin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu söyləyib:
"İki ölkə arasında diplomatik münasibətlər də 1992-ci ildə qurulub. Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi də Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verməyə cəlb olunmuşdu. Azərbaycan münaqişənin diiplomatik yollarla həllinə çox çalışsa da, ancaq rəsmi Paris vasitəçi olduğu müddətdə aparılan danışıqlar heç bir nəticə vermədi. Nəticədə İkinci Qarabağ müharibəsi baş verdi və Azərbaycan ədaləti təmin edərək torpaqlarını işğaldan azad etdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 31 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















