Gültəkin Hacıbəyli İbrahim Kalına müraciət etdi
Icma.az bildirir, Bakupost portalına istinadən.
Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli açıqlama yayaraq Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalına müraciət edib.
Bakupost.az xəbər verir ki, Hacıbəyli saxlanıldığı mərkəzə özünü Canan Ulusoy kimi təqdim edən bir qadın gəldiyini və Moskvada olduğu deyilən vəkil Kamil Tağıyev adından onunla görüşmək istədiyini bildirib.
Görüş zamanı Moskvadan siyasi mesajlar çatdırmaq niyyətinin olduğu bildirilib. Hacıbəyli bu təklifi rədd etdiyini açıqlayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal mərkəzin səlahiyyətli şəxsləri məlumatlandırılıb və MİT-dən həmin şəxslərin kimliyinin araşdırılması xahiş olunub.
Qeyd edək ki, Gültəkin Hacıbəyli artıq 20 gündən çoxdur Türkiyədə saxlanılır. O, Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edilməsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında tutulub. Məlumata görə, Hacıbəyli bu müddət ərzində Azərbaycana qaytarılmamaq üçün müxtəlif müraciətlər edir. Onu Türkiyədə PKK-ya yaxınlığı ilə tanınan bəzi siyasi dairələr, DEM partiyası və deputatlar müdafiə edirlər.
Baxış sayı:89
Bu xəbər 19 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















