Gülüstan Əliyeva təqdim edir Əsr Türkün əsridir
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva "Əsr Türkün əsridir" adlı türkçülüyə həsr olunmuş yeni layihəsini təqdim edib.
525.az xəbər verir ki, mahnıda Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir.
Mahnının kupletləri qazax, qırğız, türkmən və özbək dillərində oxunmaqla xalqların qəhrəmanlarının adları tərənnüm edilir.
Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi ETNO CLASS musiqi qrupuna məxsudur. Lahiyədə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusi geyimlər hazırlanıb. Türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.
Lahiyə “AS Production” tərəfindən Şuşa, Laçın və Qubada çəkilib. Lahiyə rəhbəri telejurnalist Səidə İbrahimli, rejissor Faiq Əliyevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















