Icma.az
close
up
RU
Gülüstan Əliyevadan etiraflar: “Böyük hissəsi oğurlanıb”

Gülüstan Əliyevadan etiraflar: “Böyük hissəsi oğurlanıb”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəllər müğənnilərin və digər sənət adamlarının məşhurluq qazanmasında televiziya verilişləri, radio və musiqi proqramları mühüm rol oynayırdı. Bu gün isə TikTok, Instagram və YouTube yeni simaların tanınmasına, mahnıların hitə çevrilməsinə və trendlərin formalaşmasına ciddi təsir göstərir. Bəs sosial media alqoritmləri musiqi zövqümüzü və məşhurluq anlayışını necə dəyişib?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Əməkdar artist Gülüstan Əliyeva bildirib ki, internetin və sosial şəbəkələrin həyatımıza daxil olması ilə televiziya dövrü artıq öz ömrünü başa vurmaq üzrədir:

“Ola bilsin ki, bir neçə ildən sonra televizor ümumiyyətlə həyatımızda əvvəlki yerini tutmasın. Artıq hər şey onlayn platformalar, “YouTube” və sosial şəbəkələr üzərindən həyata keçirilir. Bu, informasiya axınının artması və texnologiyaların inkişafı ilə bağlıdır. İnsanların reklam, məşhurluq və informasiya əldə etmək üçün sosial şəbəkələrə üz tutmasının əsas səbəbi də budur. Bu tendensiya bütün dünyada müşahidə olunur və biz də həmin prosesin içindəyik. Pepperoni pizza

Ancaq nəyin, necə və kim tərəfindən reklam olunması artıq başqa məsələdir. Televiziyalarda əvvəllər də arzuolunmaz verilişlər və şəxslər var idi. Son dövrlərdə isə belə hallar daha da artmışdı. Teleradio Şurasının müdaxiləsindən sonra müəyyən qədər vəziyyət dəyişib və bu gün televiziyalarımızda az da olsa, maraqlı verilişlər var. Sadəcə, həmin proqramların izlənmə sayı azalır. Bunun əsas səbəbi insanların televiziyadan uzaqlaşaraq sosial şəbəkələrə, yutuba və digər onlayn platformalara yönəlməsidir”.

Əməkdar artist qeyd edib ki, eyni zamanda, sosial şəbəkələrdə və yutubda da maraqsız yayımlar kifayət qədərdir:

“Bununla yanaşı, izləməyə dəyər verilişlər də var. Mən özüm də hər gün yutubda müxtəlif verilişləri və insanları izləyirəm. Sadəcə, insanların baxış məkanı dəyişib. Bu, təkcə televiziya ilə bağlı deyil, insanların maraq dairəsinin dəyişməsi ilə əlaqədardır. Bu gün insanlar arasında sorğu keçirsəniz, bir çoxu sonuncu dəfə televizoru nə vaxt açdığını belə xatırlamayacaq.

Sosial şəbəkələrdə məşhurlaşmaq məsələsinə gəlincə, burada maddi amil də mühüm rol oynayır. Məsələn, hansısa şəxs sosial şəbəkədə reklama 10 min pul xərcləyərək geniş izləyici kütləsi toplaya bilər. Cəmiyyətdə insanların zövqləri və maraqları fərqli olduğundan, belə şəxslərin kifayət qədər izləyicisi olur. Nəticədə onlar üç-beş ay ərzində məşhurlaşırlar. Ancaq həmin maraq davamlı olmadıqda, insanlar başqa istiqamətə yönəlir, mahnı dəbdən düşür və ifaçı da əvvəlki populyarlığını itirir”.

G.Əliyeva qeyd edib ki, hazırda bəzi mahnıların əksəriyyətinin möhkəm musiqi təməli yoxdur:

“Onların böyük hissəsi plagiatdır, başqa ölkələrin, o cümlədən Latın Amerikası musiqisinin elementlərindən götürülür. Buna görə də uzunömürlü olmurlar. Halbuki xalq mahnılarımız əsrlərdir səslənir və bu gün də sevilir. Onları remiks etmək, fərqli aranjimanlarda təqdim etmək mümkündür, amma musiqinin əsasında xalqımızın özünəməxsus musiqi ladları və kökləri dayandığı üçün dəyərini qoruyur. Hər dövrdə sevilməsinin səbəbi də budur”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri