“Gülüstan” tamaşasının premyerası baş tutdu Fotolar
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 17-də Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.
Yeniavaz.com xəbər verir ki, Zəfər salnaməsinin səhnə təcəssümü olan, real həyat hadisələri əsasında hazırlanan bu səhnə əsəri 44 günlük Vətən müharibəsinin ədəbi-bədii bütövlüyünü özündə ehtiva edir.
Tamaşa qazanılmış şanlı Qələbəmizə, şəhidlərimizin əziz xatirəsinə və qəhrəman qazilərimizə ithaf olunub.
Tamaşanın müəllifi və quruluşçu rejissoru teatra dəvət olunmuş gənc rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik dizayn müəllifi Sübhan İbrahimov, məsləhətçisi isə Şahmar Məmmədovdur.
Səhnə əsərində Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova başda olmaqla, teatrın 22 nəfərlik geniş aktyor heyəti çıxış edir.





Esmira Hidayətova, Gəncə
Bu mövzuda digər xəbərlər:Gülüstan Əliyevadan yeni fotolar
06 İyun 2025 19:30
Gülüstan Əliyevadan yeni FOTOLAR
27 Fevral 2026 09:53
Dağıdılmış Gülüstan Sarayı FOTOLAR
31 Mart 2026 10:04
Gülüstan Əliyevanın ad günündən Video+Fotolar
05 May 2025 23:17
Gülüstan sarayında rəsmi ziyafət verildi Fotolar
13 Noyabr 2024 02:02
Baxış sayı:156
Bu xəbər 18 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















