Icma.az
close
up
RU
“Gülüstan”da möhtəşəm Cümhuriyyət törəni FOTOLAR

“Gülüstan”da möhtəşəm Cümhuriyyət törəni FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Birol Akgün: “Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək”
Sahibə Qafarova: “Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər”
Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə Bakıda, “Gülüstan” Sarayında rəsmi qəbul təşkil edilib. Tədbirdə diplomatik korpusun təmsilçiləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyə himnləri səsləndirilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs olunub.
Musavat.com-un məlumatına görə, oktyabrın 29-da keçirilən izdihamlı tədbirdə əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həmçinin Türk şəhidlərinin xatirəsi sayğı duruşu ilə anılıb. Hər iki qardaş ölkənin dövlət himnləri oxunduqdan sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə təbrik məktubunu oxuyub.
Diplomat bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir: “Ölkəmizin xarici siyasətində ilk gündən əsas prinsipi dünyanın bütün xalqları, xüsusən də qonşularımızla sülh şəraitində yaşamaq olub. Atatürkün “Yurdda sülh, dünyada sülh” kəlamı bunu ən yaxşı şəkildə ümumiləşdirir. Türkiyə Cümhuriyyəti tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında son dərəcə bənzərsiz, prinsipial və təsirli bir qlobal aktora çevrilib”.
Səfir deyib ki, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək”.
 


B.Akgün bəyan edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımızı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək”.
Diplomat qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan, ürəklərə kök salmış bir qardaşlıq münasibəti qurulub: “Şuşa Bəyannaməsinin verdiyi ruh və qüvvə ilə “Bir millət, iki dövlət” anlayışını daha güclü şəkildə yaşadırıq. Türkiyə, can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan işğal altındakı Qarabağı azad eləyib, öz suverenliyini tam şəkildə təmin edib. Bu gün Azərbaycan, meydanda əldə etdiyi qələbələri masada da inamla təmsil edir. Bölgədə daimi sülh və rifah üçün tarixi bir fürsət yaranıb. Bu fürsətin dəyərləndirilməsi halında təkcə bölgə ölkələri deyil, bütün dünya qazanc əldə edəcək. Ən böyük arzumuz bu fürsətin sülhə çevrilməsidir”.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib. Spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb və tədbir iştirakçılarını və bütün Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə ürəkdən təbrik edib. Milli Məclisin sədri çıxışında müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır. Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur. Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır.

Milli Məclisin sədri qeyd edib ki, Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.

Sahibə Qafarova bildirib ki, Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür. Spiker vurğulayıb ki, qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlətdir”. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır.

O, qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə deyilsə, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb.

Spiker qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. O, əminliklə söyləyib ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək.

Sahibə Qafarova çıxışının sonunda Türkiyə xalqını bir daha Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, Türkiyənin tərəqqisi, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularını ifadə edib.

Qeyd edək ki, bayram tədbirində Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan da iştirak edib. Media mənsublarına açıqlamasında B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və tədbirdən sonra Türkiyəyə qayıdacağını bildirib.  

Bayram törəni daha sonra sənətçilərin ifası ilə davam edib. (Musavat.com)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri