Gülüstanın itkin düşməsinə görə vəzifəli şəxs həbs edildi
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tunceli şəhərinin keçmiş valisi Tuncay Sonel Gülüstan Doku istintaqı çərçivəsində həbs edilib.
"Unikal" xəbər verir ki, Ərzurum Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan Sonel polis bölməsindəki prosedurlardan sonra məhkəməyə gətirilib.
Növbətçi hakim qarşısına çıxarılan Sonel "cinayət sübutlarını məhv etmək", "informasiya sistemindəki məlumatlara zərər vurmaq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "rəsmi sənədləri gizlətmək" ittihamları ilə həbs edilib.
İstintaq çərçivəsində həbs olunanların sayı 12-yə çatıb.
Qeyd edək ki, Gülüstan Doku 2020-ci ildən itkin düşmüş tələbədir. O, sonuncu dəfə Tuncelidə görülüb və bir daha ondan xəbər alınmayıb. Gülüstanın cinayət qurbanı olduğu ehtimal edilir.
Baxış sayı:148
Bu xəbər 22 Aprel 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















