Icma.az
close
up
RU
Gülüşündə qalan işıq FOTOLAR

Gülüşündə qalan işıq FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətənin hər qarış torpağında, hər nəfəsində bir igidin izi yaşayır. 

Bəzən bu iz tarix kitablarında yazılır, bəzən bir qəlbin dərinliyində. Bəzilərinin adı yüz illərlə xatırlanır, bəzilərinin siması isə insanların yaddaşında unudulmaz bir məhəbbət kimi qalır. Bu gün haqqında bəhs etdiyim gənc də yaddaşlarda məhz belə iz qoyub: ömrü qısa olsa da, yaşadığı hər günlə böyüklük göstərən, taleyin amansızlığına uduzmayan, könüllü olaraq Vətən savaşına yollanan, mərdliyi ilə şərəf qazanan bir oğuldan - Vətən Müharibəsi veteranı Ceyhun Xalid oğlu Quliyevdən bəhs edəcəyik. 

Bu ad sadəcə bir insanın adı deyil, igidliyin, mərdliyin və pak bir qəlbin simvoludur. Ceyhunun üzündəki təbəssüm sadəcə bir gülüş deyildi: bu gülüşün insanın içini isidən, qəlblərə işıq saçan bir halı vardı. Daxilindəki saflıqla insanlara yanaşır, hər kəsə təmiz niyyətlə yaxınlaşırdı. Hər bir adamın uğuruna sevinən, dostunun sevincini öz sevincindən ayırmayan, kədərinə can yanan bir gənc idi. 

O, atası kimi zəhmətsevər, vicdanlı, halalı sevən bir insan idi və bu xasiyyətlər ona təkcə hörmət yox, gənc yaşında insanlar arasında xüsusi bir sevgi də qazandırmışdı. Onun ünsiyyətində elə bir istilik vardı ki, insan bir dəfə münasibətdə olanda onu illərin dostu kimi hiss edirdi. 

Sanki Ceyhun insanların qəlbinə sakitlik gətirən bir bahar nəfəsi idi. O, bir insanın həyatına daxil olanda orada iz qoymadan çıxmayan nadir adamlardandır. Ceyhun üçün həyat sadəcə yaşamaq deyildi: onun hər açılan səhəri yeni bir ümid, yeni bir nəfəs idi. Sadə şeylərdə gözəllik görməyi bacaran nadir insanlardan idi. 

Dünyaya sevgi ilə baxdığı üçün də enerjisi tükənməz idi. Onunla söhbət edən hər kəs içində gizlənmiş bir gücün oyandığını hiss edirdi. Ceyhun insanın özünü dəyərli hiss etdirdiyi gənclərdəndir və yanında olan hər kəs ona arxayın olurdu. Onun varlığı belə insana güvən və rahatlıq bəxş edirdi. 

Hətta susqunluğu belə bir çoxlarına təsəlli verirdi, çünki onun yanında adam özünü tənha hiss etmirdi. Pozitivliyi, özünəinamı, ətrafa motivasiya yayması onu xüsusi edən, hamıdan fərqləndirən cəhətlər idi. Bəzən bir cümləsi ilə kiməsə ümid olur, bəzən sadəcə təbəssümü ilə bir insanın içindəki yükü yüngülləşdirirdi. Bu səbəbdən o, heç kimin süni şəkildə sevdiyi biri deyildi, onu sevənlər ürəyindən sevirdi. 

Ceyhun kiminsə həyatına günəş kimi doğan, qaranlıq məqamlarında işıq olan gənclərdən idi. Təəssüf ki, həyat hər kəsə eyni davranmır. Bəzən sınaqlar insanın yolunu çətinləşdirir. Ceyhun da bu çətinliklərlə üzləşmiş, amma heç zaman sınmamışdı. Həyatın sərtliyi onu əymədi, əksinə daha da möhkəmləndirdi. O bilirdi ki, insanı dəyərli edən təkcə xoş günlər deyil, həm də çətinliklərdir. Ona görə də hər sıxıntını dərs, hər çətinliyi daha bir yüksəliş kimi qəbul edirdi. 

Onun iradəsi çoxlarının sarsıldığı məqamlarda belə əyilmirdi, içindəki güc özünə də, ətrafına da dayaq olurdu. O, həyatın ağır dalğalarında güclənərək çıxan nadir insanlardan idi. Onun dözümü və iradəsi bir gəncin daxilindəki möhtəşəmliyi göstərən ən parlaq nümunədir. Tələbə idi, qiyabi təhsil alırdı. Vətən müharibəsinə səfərbərlik elan olunduğu gün tərəddüdsüz, bir an belə düşünmədən könüllü şəkildə döyüşə yazıldı. 

Vətən müharibəsi Ceyhun üçün sadəcə hərbi borc deyildi, ürəyinin hökmü idi. O, sözlə yox, əməli ilə vətənpərvər olduğunu sübut etdi. Gənc yaşında sinəsini irəli verdi, qorxunu bir kənara qoydu və torpaq uğrunda ən ön cəbhəyə yollandı. O bilirdi ki, yolun sonunda nə olacağını heç kim deyə bilməz: ölüm də ola bilərdi, yaralı dönüş də, qələbə də… Amma o, nəticəni deyil, borcunu seçdi.
Onu məcbur edən yox idi və bu yolu özü seçmişdi. Nəhayətində ölüm də ola biləcəyini bilirdi, amma doğru bildiyi yoldan dönmədi. Gecələrin soyuğunu da, günlərin yorğunluğunu da eyni təbəssümlə qarşıladı. Onun gülüşü döyüş meydanında əsgər yoldaşlarına belə güc verirdi. Füzuli, Cəbrayıl, Xocavənddən tutmuş ağır əməliyyat bölgələrinə qədər ən təhlükəli məntəqələrdə döyüşdü. Son döyüş yolu Şuşada yekunlaşdı. Şuşanın azad edilməsini atasına böyük sevinclə verdi. 

Qələbənin sevincini yaşadı, çünki alnı açıq idi, Vətənə borcunu ən layiqli formada, döyüşçü kimi verdi. Onun şücaəti bu torpağın qürur səhifələrinə yazıldı. “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Bu medallar onun igidliyinin şahidləridir. O, təkcə döyüşçü deyildi, Vətənin sinəsinə yazılmış canlı bir qəhrəmanlıq dastanı idi. Ağır döyüşlərdən sağ qayıdan Ceyhunu, təəssüf ki, amansız ölüm sonradan yaxaladı. 

Savaşın içindən çıxan igidi bu dəfə taleyin qəfil qərarı aldı və onun ömrü gözlənilmədən yarımçıq qaldı. Arzuları vardı, planları vardı, həyata dair ümidləri vardı… Amma ömür ona vəfa etmədi. Lakin bu yoxluq onun qəlblərdə qoyduğu izləri silə bilmədi. Ceyhun həm dostlarının yaddaşında, həm ailəsinin ürəyində, həm də xidmət etdiyi torpağın ruhunda yaşayır. 

Onun adı hər zaman ehtiramla çəkiləcək. Çünki bəzi insanlar yaşadıqları ilə yox, yaşatdıqları dəyərlərlə əbədiyyətə qovuşur, Ceyhun da onlardandır. Bu gənc cismən aramızda olmasa da, qoyduğu iz onun adını mübarək bir xatirəyə çevirdi. O, yaşadıqları, mərdliyi və sədaqəti ilə bu xalqın yaddaşına həkk olundu. Həyatı qısa oldu, amma mənası böyük oldu. O, bir ömürdən çox, bir həyat dərsi qoyub getdi. İnsanlığı ilə insanlara, cəsurluğu ilə Vətənə örnək oldu. Onun taleyi bir gəncin nələrə qadir ola biləcəyinin ən parlaq nümunəsidir. 

O, vaxtsız ayrılan, amma vaxtından çox yaşayan insanlardan idi. Bu gün onu sevən hər kəs üçün Ceyhun unudulmazdır. Onun təmiz ürəyi, mərdliyi, insanlara olan sevgisi və səmimiyyəti bu torpağın ən dəyərli miraslarından biri olaraq yaşayacaq. O, ömrü ilə yox, ruhu ilə bu xalqın övladı olaraq qalacaq. Onun adı çəkiləndə qəlblərdə həm qürur, həm də kövrəklik yaranır- bu, böyük insanların taleyidir. 

Bu gün də şəklinə baxanda təbəssümü adamın ürəyini dağlayır. Onun təbəssümü sevənləri üçün sadəcə bir gülüş deyildi, insanın içini yandıran, keçmiş günlərin həsrətini oyadan, ürəyi dağlayan bir halı idi. Sanki gülümsəyəndə həm həyat sevinci, həm də içində gizlənmiş bir yanğı görünürdü. 

O təbəssüm insanın ruhuna toxunur, həm sevindirir, həm kövrəldirdi. O sevincli gülüşün arxasında elə bir saflıq vardı ki, adam baxdıqca içi burxulurdu. Ceyhunun təbəssümü bu gün yaddaşlarda elə bir iz qoyub ki, xatırlayan hər kəsin qəlbi yanır və həm varlığına sevinir, həm yoxluğuna üzülür. Amma Vətən belə oğullarla ucalır. Onun gülüşü bu torpağın yaddaşına həkk olunmuş işıqdır - heç vaxt sönməyəcək bir işıq. … Belə gənclər unudulmur. Ceyhun da unudulmayacaq… 

Samir Əsədli
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see579

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see329

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see322

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see301

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see288

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see274

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see264

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see258

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see258

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see253

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see252

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see246

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see246

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see232

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see224

Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq

29 Avqust 2026 16:09see212

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see210

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see185

“Əsrin müqaviləsi”nin “Faza 1” mərhələsi

29 Avqust 2026 16:04see182

“Hər şey şəkildi...”

29 Avqust 2026 16:16see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri