Icma.az
close
up
RU
Gülxar ünvanıma nalayiq söyüşlər söydü TƏFƏRRÜAT

Gülxar ünvanıma nalayiq söyüşlər söydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Şahmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülxara (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Gülxar ilə evlənib, birgə nikahından bir qız övladı var: “Sonradan mən Gülxarla boşandım. Lakin buna baxmayaraq Gülxarla birlikdə eyni evdə yaşadım. Hazırda mənim maddi sıxıntılarım olduğu üçün mütəmadi olaraq evində Gülxar münaqişə yaradıb, söyüşlər söyüb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22:00 radələrində yaşadığı evdə yenə aralarında münaqişə yaranıb: “Bu zaman mən Gülxara irad bildirdim. Gülxar ünvanıma nalayiq söyüşlər söydü. Bundan sonra Gülxarın sifətinə əlimin içi ilə zərbə vurdum. Gülxar mənə müqavimət göstərərək məni vurmağa çalışdı. Həmin vaxt Gülxarın boynundan tutaraq sıxdım və sol qolundan tutaraq qolunu burdum, özündən kənara itələdim. Daha sonra isə Gülxar başqa söyüşlər söyməyə davam etdi və o, münaqişədən qaçmaq üçün evdən getdim. Mən evdən çıxan zaman Gülxar artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Etdiyim əməldən peşman olmuşam. Gələcəkdə belə hallara yol verməyəcəm”.
İş üzrə zərərçəkmiş Gülxarın sözlərinə görə, Şahmar  ailəsini maddi cəhətdən təmin etmədiyi üçün və ailəsinə lazımı qayğı, diqqət göstərmədiyi üçün ondan boşanıb: “Lakin buna baxmayaraq bizim ayrı qalmağımız azyaşlı övladıma pis təsir etdiyini gördüm. Həmin vaxtlarda da Şahmar məndən üzr istəyib barışmaq istədi. Mən Şahmarla barışdım və birlikdə yaşadıq. Şahmar yenə ailəsini maddi cəhətdən təmin edə bilmədi. Evə iki gün gəldi, üç gün gəlmədi”.
Gülxar qeyd edib ki, hadisə günü, saat 22:00-da yaşadığı evdə yenə aralarında maddi çətinliklərə görə münaqişə yaranıb: “Mən Şahmarın evə baxmadığımı bildirdim. Şahmarın ünvanına söyüşlər söydüm. Bundan sonra sifətimə əlimin içi ilə zərbə vurdu. Boynumdan tutub sıxdı və sol qolumdan tutaraq qolumu burdu. Daha sonra isə mobil telefonumu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahmar 300 manat miqdarında cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri