Icma.az
close
up
RU
“Gümüş camın bu qədər ağır olduğunu bilmirdim”

“Gümüş camın bu qədər ağır olduğunu bilmirdim”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu mövsüm bundesliqanı silib-süpürən “Bavariya”da hamımızın gözəl tanıdığı ulduzlarla yanaşı, gənc istedadlar da var. İlk növbədə Lennart Karl ilə Tom Bişofu qeyd etmək olar.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı Bişof “Hoffenhaym”ın yetirməsidi və Münhen nəhəngi onun transferini hələ ötən mövsümün gedişində həll etmişdi. Kluba mərkəz yarımmüdafiəçisi kimi gəlməsinə baxmayaraq, Vensan Kompaninin cinah müdafiəçisi kimi oynatdığı Bişof ilk mövsümdə heç də pis təsir bağışlamadı. O, bundesliqada 26 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə fərqləndi. Bişof artıq sabah kubokun finalında “Ştutqart”a qarşı keçiriləcək oyun ərəfəsində bundesliqanın rəsmi saytına müsahibə verib.
- “Bavariya” 2020-dən bəri ilk dəfə “qızıl dubl” etməyə yaxındı. Final ərəfəsində hansı hissləri keçirirsən?
- Oyun günü yaxınlaşdıqca həyəcan artır. Həftənin əvvəlində elə də böyük həyəcan yox idi. Adi bir həftə kimi görünürdü. Bəzən oyun haqda həddən artıq tez düşünməyə başlamaq heç də yaxşı nəticə vermir. Artıq oyunun ab-havasına daxil olmağa başlayırıq. Hiss edirəm ki, səbirsizlənməyə başlayıram. Belə demək mümkünsə, pozitiv bir stress yaşayıram. Amma bütün bunlar futbolun bir hissəsidi.
- “Ştutqart”ın hücum xətti yaxşı formadadı və təhlükəli görünür. Onların qarşısını necə dayandırmaq barədə düşünmüsüzmü?
- Digər oyunlardan öncə rəqibləri necə təhlil etmişdiksə, bu dəfə də məhz elə etmişik. Məşqçilər korpusu bu baxımdan rəqiblər arasında fərq qoymur. Bəli, “Ştutqart” baxımlı futbol sərgiləyir, topla çox sakit və soyuqqanlı davranır. Başqa klublardan fərqli topu ələ keçirən kimi ilə şığımağa tələsmirlər. İrəliləmək üçün lazımi anı seçirlər. Əminliklə deyə bilərəm ki, asan olmayacaq. Onların finala yüksəlməsi heç də təsadüfi deyil. Gözləyək görək, necə olacaq.
- “Bavariya” ilə ilk mövsümdəcə bundesliqanın çempionu olmaq necə hissdi?
- Düzünü desəm, çempiona verilən Gümüş camın bu dərəcədə ağır ola biləcəyini heç ağlıma da gətirmirdim. Marienplatsın eyvanında fanatların önündə çempionluğu qeyd edərkən mahnı oxuduğumuz anda məşqçi gözlənilmədən Gümüş camı mənə verdi. Hamı onun nə qədər ağır olduğunu bilirdi. Mən onu əlimdə bir dəqiqə saxlayandan sonra uğurla başqasına ötürdüm (gülür). Gümüş camı ilk dəfə əlimə götürəndə inanılmaz hisslər yaşadım. Bu anı, çox güman, həyatımın sonuna qədər unutmayacam.
- Ümumiyyətlə, “Bavariya”dakı ilk mövsümünü necə qiymətləndirirsən?
- İlk növbədə yeni mövqeyə alışa bildiyim üçün xoşbəxtəm. “Bavariya”da cinah müdafiəçisi mövqeyi digər klublardakından fərqlənir. Çünki burda müdafiənin sağ və sol cinahında qərarlaşanlar topla çox oynayırlar, faktiki “8 nömrə” funksiyasını icra edirlər. Bunun sayəsində mənim hücumlara qoşulmaq və qollar vurmaq imkanım artır. Bu mövsüm bir neçə dəfə fərqlənməyi bacardım. Hücuma qoşulmağı, irəlıidəki oyunçulara yardım etməyi sevdiyim üçün belə oyun tərzi tam mənə uyğundu. Ona görə də özümü çox rahat hiss edirəm.
- “Bavariya”ya gələndə əsasən cinah müdafiəçisi kimi oynayacağını gözləyirdinmi?
- Xeyr, qətiyyən gözləmirdim. Bura əslində “6 nömrə” kimi gəlmişdim. Sonra elə oldu ki, cinah müdafiəçiləri zədələnməyə başladı. Hər həftə hansısa cinah müdafiəçisi müxtəlif səbəblər üzündən oynamırdı. Məşqçilər korpusu gah sağ, gah da sol cinahda kimisə əvəzləməyimi istəyirdi. İlk vaxtlar bunun öhdəsindən heç də pis gəlmədiyimi gördüm. Oynadıqca özüməinamım artmağa başladı. Yavaş-yavaş tam bir cinah müdafiəçisinə çevrildim. Şadam ki, əlimə düşən fürstdən yararlana bildim.
- Yeni mühitə uyğunlaşmaq üçün nə qədər vaxt tələb olundu?
- Açığı, “Bavariya”ya gəlməmiş bu transfer barədə çox düşündüm. Çünki heç vaxt iddialı klubda oynamamışdım. Özümə çoxlu suallar verirdim. Bu təzyiqin öhdəsindən gəlib-gəlməyəcəyimi, komandada özümə yer tapıb-tapmayacağımı bilmirdim. Ancaq hər şey gözlədiyimdən qat-qat asan oldu. Çünki klubda hər kəs məni çox isti qarşıladı. Düzdü, ilk vaxtlar az oynayırdım. Amma boş vaxtımı bəzi oyunçularla birlikdə keçirirdim. Bir-birimizə uyğunlaşdıq. Kor bağırsaq əməliyyatımdan sonra qayıtdım və yavaş-yavaş şans qazanmağa, komandada yerimi tapmağa başladım.
- Təcrübəlilərin sənə köməyi dəydimi?
- Əlbəttə. Burda hər futbolçudan nəsə öyrənmək mümkündü. Çünki bir futbolçu “Bavariya”da oynayırsa, deməli, xüsusi özəlliklərə malikdi. Ən yaxın dostlarımdan biri Kimmixdi. Oyun tərzimiz də bənzərdi. Tez-tez bu haqda danışırıq. Ondan çox şey öyrənirəm. Məşqlərdə mən müdafiənin solunda qərarlaşanda məcbur Oliseyə qarşı oynayıram. Müəyyən sıxıntılar yaşayıram. Amma digər tərəfdən ona qarşı oynamaq əvəzsiz təcrübədi. Çünki hazırda bəlkə də dünyada ən güclü sağ vingerdi. Məşqdə bəzi epizodlarda məni üstələyir. Amma bu, oyuna yaxşı hazırlaşmağıma yardım edir. Çünki bilirsən ki, Olisenin qarşısını kəsdinsə, dünyanın istənilən vingerin qarşısını kəsə bilərsən.
- “Bavariya”nın digər gənc istedadı Karl ilə də münasibətlərin yaxşıdı...
- İkimiz də ünsiyyətcil insanlarıq. “Bavariya” elə bir yerdi ki, yaxşı performans sərgiləməyə başlayan kimi sanki yeni bir dalğaya düşürsən. Lennart da, mən də yaradıcı futbolçularıq. İkimiz də qalib gəlməyi xoşlayırıq. Hər məşqdən sonra ünsiyyət səviyyəmizin artdığını hiss etdik. Bir çox mövzuda fikirlərimizin üst-üstə düşdüyünü gördük. Həm də ikimizdə də bir balaca dəlilik var (gülür). Bu da bizi yaxınlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 May 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri