Icma.az
close
up
RU
Gümüş qızılı bazardan çıxarır? Azərbaycan Zərgərlər Assosiasiyasından cavab

Gümüş qızılı bazardan çıxarır? Azərbaycan Zərgərlər Assosiasiyasından cavab

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin martından gümüşdə bahalaşma müşahidə edilir. 

Belə ki, son dövrlərdə gümüşün qiymətində müşahidə edilən artım sürəti qızıla nisbətən daha yüksəkdir. Bu da öz növbəsində müzakirələrə səbəb olub. Bəzi ekspertlər gümüşə investisiya qoymağı tövsiyə edir və onun gələcəkdə daha çox qazanc gətirəcəyini bildirir. 

Bu artım nədən qaynaqlanır? Gümüşün qiymət artımı bazardakı real tələbatdan irəli gəlir, yoxsa bu, sadəcə tələbatı süni şəkildə artırmaq üçün yayılan bir şayiədir? Qızıla nisbətən gümüşün dəyərinin daha sürətlə artması nə ilə izah olunur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, gümüşün qiymətinin yüksəlişi maliyyə və sənaye sektorlarındakı geniş tətbiqi ilə əlaqədardır: 

“Son dövrlərdə gümüşə olan maraq və investisiya artmaqdadır. Bunun digər səbəbi gümüşün maliyyə və sənaye sektorlarındakı geniş tətbiqi ilə bağlıdır. Bu da gümüşü həm qlobal, həm də yerli bazarda cəlbedici bir aktivə çevirir. Ənənəvi olaraq, qızıl sabit və etibarlı investisiya vasitəsi kimi tanınsa da, gümüş son ildə sürətli artım tempi ilə fərqlənir. Sənaye və texnologiya sektorlarında gümüşün geniş istifadəsi bu yüksəlişi dəstəkləyir. 

London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) proqnozlarına əsasən, 2025-ci ildə gümüşün bir unsiyasının qiyməti 45 ABŞ dollarına çata bilər”. 

Rövşən Əmircanovun sözlərinə görə, gümüş nisbətən daha ucuz və əlçatan olduğu üçün investorların diqqətini cəlb edir: 

“Qızıl və gümüş arasındakı dəyər fərqi isə hər iki metalın qiymət artımı ilə izah olunur. Lakin gümüş nisbətən daha ucuz və əlçatan olduğu üçün sürətli qiymət dəyişikliklərinə məruz qalır. Bu da onu investorlar üçün daha cazibədar edir. Hazırda London əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 29.40–29.86 ABŞ dolları arasında dəyişir.

Azərbaycanda da qızıl və gümüşün qiymətləri beynəlxalq bazar trendlərini izləyir. Nəticə olaraq, gümüşə investisiya qərarı verərkən bazar tendensiyalarını diqqətlə təhlil etmək vacibdir. 

Yalnız obyektiv və etibarlı məlumatlara əsaslanan qərarlar uzun müddətli uğur gətirə bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri