Gümüşün qiyməti 2011 ci ildən bəri ilk dəfə 40 dolları ötdü
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarükü üçün gümüş fyuçerslərinin qiyməti 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə olaraq 40 dolları ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ticarət platformasında qeyd olunub.
Belə ki, Bakı vaxtı ilə saat 18:55-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 40,005 dollar (+1,19%) təşkil edib. Saat 20:22-də gümüşün qiyməti öz artımını sürətləndirib və bir troya unsiyası üçün 40,685 dollar (+2,91%) təşkil edib. Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 1,21% artaraq 1 troy unsiyası üçün 3512,4 dollar təşkil edib.

2011 ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı
01 Sentyabr 2025 18:50
Gümüşün qiyməti 2011 ci ildən bəri ən yüksək səviyyəsinə çatıb
11 İyul 2025 22:48
Gümüşün qiyməti 2011 ci il mayın 2 dən bəri ilk dəfə 47 dolları keçib
29 Sentyabr 2025 09:29
Gümüşün qiyməti 2011 ci ilin sentyabr ayından bəri maksimuma yüksəlib
01 Sentyabr 2025 11:05
Gümüşün qiyməti 2011 ci ilin avqust ayından bəri maksimuma yüksəlib
22 Sentyabr 2025 11:23

