“Günah kimdədisə, Allah bəlasını versin” bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Məlum olduğu kimi, “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılandan sonra atdığı addımlar işə yaramadı. Daha dəqiqi, CAS dünən klubun şikayətini təmin etmədi.
Bəs, kimdi günahkar? Başverənlər komandaya necə təsir edəcək?
Bu suallarla “Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Çox böyük təəssüf hissi keçiririk. Günahkar kimdi bilmirik, amma səbəbkarları axtarmaq lazımdı. Günah kimdədisə, Allah bəlasını versin. Bu qərarı qınayırıq. Haqqımız yeyildi. Komanda ayın 13-dən Türkiyədədi. Geriyə yol yoxdu. Daha da irəli getməliyik. Rəhbərliklə danışığımız olub. Komandanın yanındadılar. İnşallah, yeni mövsümdə daha yaxşı, möhkəm, güclü “Turan Tovuz” görəcəyik. Çempionluq uğrunda mübarizə aparacağıq”.
Xatırladaq ki, “bozqurd” son mövsümü 3-cü pillədə tamamlamışdı...
KƏNAN BAHADIR
Baxış sayı:171
Bu xəbər 16 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















