“Günahkarlar məsuliyyətə cəlb olunacaqlar” Kobaxidze prezident sarayına hücumla bağlı
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident sarayının binasına hücumun bütün iştirakçıları müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.
"Report"un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
"Radikallar mitinqə əhəmiyyətli dərəcədə daha çox insan cəlb etməyə ümid edirdilər, lakin təşkilatçılar Azadlıq meydanını belə doldura bilmədiklərini görəndə təcili olaraq öz tərəfdarlarını zorakılığa çağırdılar. Onlar əvvəllər konstitusiya quruluşunu zorla dəyişdirmək planlarını açıqlamışdılar", - Kobaxidze qeyd edib.
Onun sözlərinə görə, hakimiyyət radikallara dəfələrlə xəbərdarlıq edib ki, zorakılıq tətbiq edilərsə, onlara qarşı sərt tədbirlər görüləcək.
"Bu gün bütün zorakılıq hərəkətlərinə son qoyulacaq və yaxın günlərdə qəti tədbirlər görüləcək. Çünki prezident sarayında baş verənlər cinayətdir. Bu aksiyalarda iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq", - Baş nazir vurğulayıb.
Kobaxidze həmçinin bəyan edib ki, mitinq təşkilatçıları xarici agent kimi çıxış edib və onlara verilən tapşırıqları yerinə yetirirlər.
O əlavə edib ki, prezident sarayında baş verən qarşıdurmalar zamanı biri ağır olmaqla, bir neçə polis əməkdaşı yaralanıb.


