Icma.az
close
up
RU
Günay Ağamalı haqda GÖZLƏNİLƏN QƏRAR

Günay Ağamalı haqda GÖZLƏNİLƏN QƏRAR

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Deputat Günay Ağamalının efirdən uşaqpulu haqda səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. Əksəriyyət bu fikrə görə deputatı tənqid edir. G.Ağamalı efirdən deyib ki, uşaqpulu verilməməlidir. Onun məntiqinə görə, uşaqpulu bərpa edilsə, bu, ailələrdə tənbəllik yaradar, dövlətə arxayınlıq çoxlar və s.

İllərdir bu mövzuda intensiv müzakirələr gedir. Əksəriyyət dövlətin uşaqpulu verməli olduğunu deyir. Bunun əksini söyləyənlər isə ictimai qınaqla üzləşir.

Bəs deputatın mövqeyi nə dərəcədə doğrudur? Uşaqpulu bərpa olunmalıdırmı?

Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, deputatın yanaşması tamamilə yanlışdır:

“Bu məntiqlə yanaşsaq, yüksək gəlirli insanlar ən tənbəl şəxslər olmalı idilər. Halbuki reallıq tam əksini göstərir. Gəliri yüksək olan insanların əksəriyyəti daha çox çalışan, daha aktiv və təşəbbüskar şəxslərdir. Buna görə də “uşaqpulu insanları tənbəlləşdirir” arqumenti nə iqtisadi, nə də sosial baxımdan ciddi əsaslara söykənmir”.

Sosioloqun sözlərinə görə, verilən uşaqpulu ailələrdə valideynləri işləməkdən çəkindirəcək həcmdə deyil:

“Bu iddia daha çox populist və məntiqsiz yanaşma təsiri bağışlayır. Əksinə, uşaqpulunun verilməsi bu gün Azərbaycan üçün vacib məsələlərdən biridir. Çünki son illərdə ölkədə əhali artım tempinin zəiflədiyi müşahidə olunur. Bu tendensiya davam edərsə, 30-40 ildən sonra Azərbaycan da hazırda bir sıra Avropa ölkələrinin üzləşdiyi demoqrafik problemlərlə qarşılaşa bilər. Yaşlanan əhali, əmək qabiliyyətli insanların sayının azalması və sosial yükün artması kimi risklər ortaya çıxmış olar”.

Mail Yaqub Milli Məclisdə müzakirə olunan təklifə də münasibət bildirib:

“Parlamentdə çoxuşaqlı ailə modelində minimum uşaq sayının beşdən üçə endirilməsi ilə bağlı müzakirələr aparılır və bu, müsbət addımdır. Belə təşviq mexanizmləri ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər. Uşaqpulu da həmin sosial siyasətin əsas elementlərindən biridir. Bu, sadəcə sosial yardım məsələsi deyil, həm də uzunmüddətli demoqrafik və iqtisadi təhlükəsizlik məsələsidir. Uşaqpullarının verilməsi vacibdir”.

Globalinfo.az xatırladır ki, Günay Ağamalı deputat mandatına sahibləndikdən sonra cəmiyyətə faydalı, vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bir təkliflə çıxış etməyib. Əksinə, onun vaxtaşırı bu cür qalmaqallı fikirləri cəmiyyəti daha da qıcıqlandırır və hökumətdən narazı salır. İnsanlar haqlı olaraq soruşur: belə birinin Milli Məclis kimi mötəbər bir qurumda nə işi var? Aldığı yüksək maaşı haqq edirmi? Deputat kimi göstərdiyi fəaliyyətlə hər ay aldığı məvacib niyə bu qədər tərs mütənasibdir?

Bir sualı da biz verək: təxribatçı fikirlər söylədiyi və cəmiyyətdə qarşıdurma yaratmağa təşəbbüs göstərdiyi üçün Günay Ağamalı deputat mandatından məhrum edilər bilər?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri