Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Sözügedən qanuna aşağıdakı məzmunda 13-2.3.6-1-ci maddəsi əlavə edilib:
“13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”.
Beləliklə, dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunların paylaşılması qadağan edilir. Buraya əxlaqsız ifadələr, nalayiq jestlər, eləcə də milli-mənəvi dəyərlərə və əxlaq normalarına zidd görüntülər daxildir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Günay Ağamalı deyib ki, bu qanun dəyişikliyinin qəbulunu cəmiyyətimizin mənəvi sağlamlığının qorunması istiqamətində atılmış çox vacib addım kimi qiymətləndirirəm:
“İnternet azad mühitdir, lakin azadlıq məsuliyyətsizlik və mənəvi sərhədsizlik anlamına gəlməməlidir. Xüsusilə də uşaqların və gənclərin dünyagörüşünün formalaşdığı bir dövrdə, açıq şəkildə əxlaqsızlığı, hörmətsizliyi və milli dəyərlərə zidd davranışları təbliğ edən məzmunun qarşısının alınması dövlətin prioritet istiqamətlərindəndir.
Sözügedən qanunla açıq şəkildə müəyyən olunur ki, internet informasiya ehtiyatlarının sahibləri və istifadəçiləri ictimai mənəviyyatı təhqir edən, əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd görüntü və davranışların yayılmasına yol verə bilməzlər. Yəni məsuliyyət artıq təkcə paylaşanı yox, eyni zamanda platformanı və texniki sahibləri də əhatə edir. Bu, hüquqi baxımdan çox ciddi və prinsipial yanaşmadır.
İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz. Nəyisə paylaşa bilər, lakin cəmiyyətin mənəvi sərhədlərini aşa bilməz. Xüsusilə vurğulamaq istərdim ki, bu mənəvi təhlükəsizliyin qorunmasıdır. İctimaiyyətin bu qanunu alqışlaması da təsadüfi deyil. İnsanlar internetdə öz övladlarının qarşılaşdığı mənzərədən, milli dəyərlərə sayğısız davranışdan, sayğısız davranışın adi hala çevrilməsindən narahatdır”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















