Icma.az
close
up
RU
Günay Məmmədzadə: “Çempionların savaşı”nda yaxşı nəticə göstərəcəyimə ümid edirəm

Günay Məmmədzadə: “Çempionların savaşı”nda yaxşı nəticə göstərəcəyimə ümid edirəm

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çempionların savaşı” turnirində həm rapid, həm də blitsdə yaxşı nəticə göstərəcəyimə ümid edirəm.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Günay Məmmədzadə Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində üz-üzə gələcəyi dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə görüş haqqında danışarkən deyib.

Azərbaycan çempionu rəqibi ilə əvvəllər də qarşılaşdığını bildirib: “Turnirin formatı mənim üçün maraqlıdır. İlk dəfə xüsusi olaraq kiməsə qarşı rapid və blits matçları oynayacağam. Azərbaycan çempionları dünya çempionlarına qarşı oynayacaq. Ümid edirəm ki, izləyicilər üçün də maraqlı olacaq. Antoaneta Stefanovaya qarşı əvvəllər oynamışam. Klassik növdə, məncə, hesabda öndəyəm. Rapid növündə isə əmin deyiləm. Antoaneta yaxşı rəqibdir. Şahmatda gözlənilməz nəticələr olur. Həm rapid, həm də blits növündə yaxşı nəticə göstərəcəyimə ümid edirəm. Hər şey oyunlardan asılıdır. Yarışlara rəqiblərdən asılı olmayaraq, eyni səviyyədə hazırlaşıram. Bu turnir üçün də xüsusi hazırlıq keçməmişəm”.

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan) münasibətləri aydınlaşdıracaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri