Icma.az
close
up
RU
Günaydan keçmiş ərinə CAVAB: “On ildir oğlunu görmürsən!” FOTO

Günaydan keçmiş ərinə CAVAB: “On ildir oğlunu görmürsən!” FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karelin onu narkotik istifadəsində ittiham etməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Günay instaqramda paylaşdığı açıqlamada keçmiş ərinə bir neçə sual ünvanlayıb:
“Mən bir anayam və Cihangiri illərdir təkbaşına böyüdürəm. Susdum, çünki övladımı qorumaq istədim. Amma artıq görürəm ki, susmaq yoxluğu adi hala çevirir.
 

Bir ata illərlə övladını görmürsə, yeni həyatında yeni uşaqları ilə ailə fotoları paylaşır, amma öz övladına dair bircə iz belə buraxmırsa, uşağının sağlamlığı üçün xaricdə müalicə almasına dair icazə sənədini belə göndərmirsə, buna başqa ad qoymaq olmaz. Məsələ mənim kim olduğum deyil, məsələ bir uşağın əlindən alınan haqqıdır. Mən təmizəm və bunu sübut etməyə məcbur deyiləm.


Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, övladının haqqını qorumaqdır. Artıq susmuram, çünki bu, bir dava deyil — bu, vicdanın səsidir. Başım uca, qəlbim rahatdır.
Mən keçmiş həyat yoldaşıma ictimaiyyət qarşısında bu sualları verirəm: Uşağını neçə ildir görmürsən?
Cavab verməyə ehtiyac yoxdur, mən deyim, 10 ildir. Yeni həyat yoldaşınla və həyatınla sənə xoşbəxtlik arzulayıram. Yeni uşaqlarınla paylaşdığın fotolara sonsuz hörmətim var. Amma soruşuram, Cihangirlə bağlı paylaşım etməyinin üstündən neçə il keçdi?
 

Cavab: Heç etməmisən. Uşağımla bağlı sosial mediada və ya hər hansısa platformada bir paylaşımın olubmu? Cavab: Olmayıb. Övladımı xaricdə müalicə etdirmək üçün səndən istədiyim icazə sənədini göndərdinmi? Niyə göndərmədin? Bu sualların hamısının cavabı eyni sözlə yekunlaşır: “Yox.” Və bu “yox”lar səni göstərir. Atalığın kimi, o da yoxdu.


Marağını aradan qaldırım, mən tərtəmizəm! Amma mövzu bu, deyil. Sənin əsl ata kimi ata olmamağının ictimaiyyət qarşısında təmizləyicisi mən deyiləm. Mənim üçün heç bir təmizlik testi lazım deyil. Əsl təmizləniləsi şey sənin atalığındır. Əvvəlcə sən atalığını təmizləməyə başla”.
Qeyd edək ki, Tolqa ötən gün yaydığı açıqlamada Günayı narkotik istifadəsində ittiham edib.
Günay isə Tolqanın Cihangir üçün xaricə səfərlə bağlı icazə sənədi göndərmədiyini bildirmişdi.


Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri