Icma.az
close
up
RU
Günayın sözlərinə cavab olaraq onu Narkotikdən istifadədə ittiham etdi

Günayın sözlərinə cavab olaraq onu Narkotikdən istifadədə ittiham etdi

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bir neçə gündür Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel arasında qalmaqal yaşanır.

“Qafqazinfo” xəbər verir ki, Günay oğlu Cihangirin səhhətində problem olduğunu bildirərək Böyük Britaniyada həkim qəbuluna yazıldığını, lakin övladının atasının icazə sənədi olmadığından onu apara bilmədiyini söyləyib.

“Cihangir xəstələnəndə atasına yazdım, yalnız icazə kağızı istədim. Beş ildir ki, onun arzusu “Disneylend”ə getməkdir. Düşünürdüm ki, bəlkə, ad günündə vicdanı onu narahat edər. Uşağının səsini eşitməsini istədim, amma ondan heç bir cavab gəlmədi. Oğlumu hazırda yalnız Gürcüstan və Azərbaycana apara bilirəm.

Tolqadan heç vaxt maddi-mənəvi gözləntimiz olmayıb. Biz bunu qəbullanmışıq. Lakin o, sosial mediada 4 övladı olduğunu paylaşır. Elə davranır ki, sanki, 5-ci uşağı yoxdur...”, - deyə model bildirib.

Günayın sözlərinə cavab verən Tolqanın açıqlaması qalmaqalı daha da alovlandırıb. Belə ki, o, Musayevanın narkotik maddə istifadəçisi olduğunu iddia edərək oğlunun 18 yaşa qədər Türkiyədə qalmasının daha yaxşı olduğunu deyib: “Amma əgər təmizləndiyini söyləyirsə, bir həftə ərzində Məhkəmə Tibbi Ekspertiza İnstitutundan sağlamlıq haqqında rəsmi arayış, müsbət qan və saç nümunələri gətir, bəlkə də, fikrim dəyişə bilər”.

Tolqanın ittihamı ilə bağlı Günayın cavabı gecikməyib: “Mən bir anayam və Cihangiri illərdir təkbaşına böyüdürəm. Susdum, çünki övladımı qorumaq istədim. Amma artıq görürəm ki, susmaq yoxluğu adi hala çevirir. Bir ata illərlə övladını görmürsə, yeni həyatında uşaqları ilə ailə fotoları paylaşır, amma öz övladına dair bircə iz belə buraxmırsa, uşağının sağlamlığı üçün xaricdə müalicə almasına dair icazə sənədini belə göndərmirsə, buna başqa ad vermək olmaz. Məsələ mənim kim olduğum deyil, məsələ bir uşağın əlindən alınan haqqıdır. Mən təmizəm və bunu sübut etməyə məcbur deyiləm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, övladının haqqını qorumaqdır. Artıq susmuram, çünki bu, bir dava deyil, bu, vicdanın səsidir. Başım uca, qəlbim rahatdır”.

Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə ailə həyatı qurub. Onların Cahangir adlı bir oğlu var. Cütlük 2015-ci ildə boşanıb. Karel ikinci dəfə Sara Skottla adlı xanımla ailə həyatı qurub və bu evlilikdən onun 4 övladı var. 2016-cı ildən bəri Amerikada yaşayan aktyor orada TIR sürücüsü olaraq çalışır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri