Gündə 2,5 saat işləyir, ayda 11 min manatdan çox qazanır
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Norveçdə cəmi 2,5 saat işləməklə İspaniyada bir günlük işdən qazandığım məbləği əldə edirəm”.
"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, bu sözləri İspaniyadan Norveçin Tromsö şəhərinə köçən işçi Laura Prieto deyib.
Hoteldə təmizlik işçisi və turist bələdçisi kimi çalışan Prieto Norveçdəki iş şəraiti və qazancı ilə bağlı təcrübəsini sosial media hesabında bölüşüb.
Prieto qeyd edib ki, bu gəlir səviyyəsi iş saatlarını artırmadan daha çox pul qazanmasına və İspaniya ilə müqayisədə daha çox qənaət etməsinə imkan verib.
Məqalədə qeyd olunan rəsmi məlumatlara görə, Norveçdə orta aylıq əməkhaqqı 63 700 kron, yəni təxminən 11 416 AZN təşkil edir. Orta baza maaşı isə 58 970 krona, təxminən 10 584 AZN-ə bərabərdir. Yüksək gəlirlə yanaşı, yaşayış xərclərinin də baha olduğu Norveçdə Prieto buna baxmayaraq, İspaniya ilə müqayisədə daha çox qənaət edə bildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















