Icma.az
close
up
RU
“GÜNDƏ NƏ QƏDƏR İNSAN İŞ YERİNİ İTİRİR?...” “Ünvanlı sosial yardım bir neçə dəfə artırılmalıdır”

“GÜNDƏ NƏ QƏDƏR İNSAN İŞ YERİNİ İTİRİR?...” “Ünvanlı sosial yardım bir neçə dəfə artırılmalıdır”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Büdcə zərfi ilə əlaqədar görülən müsbət işləri qiymətləndirməklə yanaşı, onu da qeyd etmək istəyirəm ki, bu ilin 9 ayının iqtisadi göstəricilərinə əsasən ərzaq və sənaye məhsullarının, xidmətlərin qiymətlərinin artmasına baxmayaraq, neft və qaz sektorunda hasilatın azalması və qiymətlərinin aşağı düşməsi səbəbindən ümumidaxili məhsulun real ifadədə cəmi 1,3 faiz artması hamımızı naharat etməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı deyib.

“Bu, regionda ən aşağı göstəricidir. Büdcə zərfi ilə əlaqədar Hesablama Palatasının rəyində göstərildiyi kimi, büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalıb. Bilmirik, qeyri-neft sektorundan büdcə daxilolmalarının artımının neçə faizi yeni açılmış istehsal və emal müəssisələri hesabınadır. Burada hörmətli nazirlər tərəfindən gündə 200 yeni iş yerinin açılması qeyd olundu, çox yaxşı. Amma bilmirik ki, gündə nə qədər insan iş yerini itirir”, - millət vəkili əlavə edib.

Q.Həsənquliyev açılan iş yerlərinin hansı hissəsinin istehsal və emal müəssisələrinin yaradılması hesabına olması barədə hökumət üzvlərinə sual ünvanlayıb: “Banklarda vətəndaşların əmanətlərinin artması qeyd olunsa da, nə qədər insanın bank kreditlərinin, yəni istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilmədi. Mətbuatda oxuduğumuz rəqəmlərdən qeyd edə bilərəm ki, 3 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının 12 milyard 690 milyon manat borcundan söhbət gedir”.

Millət vəkili xatırladıb ki, 2026-cı ildə mənzil və kommunal xərclər üçün büdcədən 334,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur: “Təmsil etdiyim Xətai rayonunda çoxsaylı yaşayış binalarında zirzəmilər kanalizasiya suları ilə dolub. Həmin ərazilərdəki torpaq sürüşmələrinin əsas səbəbi bəlkə də budur. Həyətlər işıqlandırılmır, uşaqların əylənməsi üçün yerlər yoxdur, yaxud bərbad vəziyyətdədir. Həyətlərin yolları dağılıb, binların damları bərpa olunmur, küçə itlərinin sayı artıq təhlükəli həddə çatıb. Bu problemlərin həlli üçün ayrılan vəsait bir neçə dəfə artırılmalıdır. Yalnız tikinti sektorunda investisiya mühiti üçün əlverişli biznes şəraiti yaratmaqla büdcə zərfində göstərilən kimi bu sektordan büdcəyə daxil olan vəsaitin həcmini 9,5 faiz yox, ən azı 295 faiz artırmaq olar və həmin vəsaitlər hesabına da qeyd etdiyim xərcləri qarşılamaq mümkündür”.

Qüdrət Həsənquliyev həmçinin diqqətə çatdırıb ki, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarında özəl sektorun payı 77 faiz olub: “Bu rəqəm bir daha göstərir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, dövlət sərhədləri, nəhayət ki, açılmalıdır”.

Partiya sədrinin sözlərinə görə, xaricdən əmək miqrantlarının yaxınlarına göndərdikləri vəsaitin azalması səbəbindən insanların sosial durumu, xüsusilə kənd rayonlarında xeyli ağırlaşıb: “Bir faktı qeyd edim ki, vaxtilə bu rəqəm 3-4 milyard dollar idi. Amma keçən il ölkəyə bu istiqamətdə 844 milyon manat vəsait daxil olmuşdusa, bu ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9 faizdir. Bu da bir daha onu göstərir ki, ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 465 milyon manatlıq vəsait bir neçə dəfə artırılmalıdır. Kənd yerlərində insanlar təsərrüfatla dolana bilmirlər”.

Q.Həsənquliyev çıxışında hərbçilərin problemlərindən də bəhs edib: “Sonda onu da qeyd etmək istəyirəm ki, hərbçilər bizim başımızı uca ediblər, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırıblar, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün cəmi 35 milyon manat vəsait ayrılır. Hesab edirəm ki, bu vəsait də bir neçə dəfə artırılmalıdır”.

Deputat ümid edir ki, qaldırılan məsələlər, Hesablama Palatasının tövsiyələri hökumət tərəfindən nəzərə alınacaq və 2026-cı il ölkəmizdə böyük islahatlar ili olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see357

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see182

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see176

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see171

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see148

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see136

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see135

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see130

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri