Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Icma.az, Milli.az saytına istinadən bildirir.
Kassa çekləri sağlamlıq üçün təhlükəlidir.
Milli.Az xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbəb ola bilər.
Çeki əldə 2 dəqiqədən artıq saxlamaq bu maddənin müəyyən hissəsinin bədənə daxil olmasına gətirib çıxarır. Əllər tərli olduqda bu təsirin 10 dəfə, spirt, antiseptik və ya krem istifadə edildikdə isə 100 dəfə artdığı vurğulanır.
Uzun müddət çeklərlə təmasda olan şəxslərin, xüsusilə kassirlərin daha yüksək risk altında olduğu, bunun süd vəzi və prostat xərçənginə səbəb ola biləcəyi bildirilir.
Bu səbəbdən vətəndaşlara çeklə təmasdan sonra əllərini yumaq, qidaya toxunmamaq, çekləri ərzaq paketlərinə qoymamaq və uşaqlara verməmək tövsiyə olunur.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Aprel 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















