Icma.az
close
up
RU
Gündəm yaradıb, ona tabe olmayan qadın Fotolar

Gündəm yaradıb, ona tabe olmayan qadın Fotolar

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti, Azərbayca müasir estradasının banisi Aygün Kazımovanın yaradıcılığının 39 ili tamam olur.

Axşam.az xəbər verir ki, ilk dəfə səhnəyə 1986-cı ildə çıxan Pop kraliça 39 ildir dayanmadan çalışır, səhnə üçün fərqli layihələr etməyə çalışır. Aygün Kazımova sadəcə bir müğənni deyil, o, illərdir sənətinə sadiq qalan, özünü yeniləməyi bacaran, zamanla ayaqlaşan və bu zamanın özünü belə dəyişdirən bir sənətkardır.  

Səhnəyə çıxdığı ilk andan bu günə qədər Kazımova dayanmadan yeniliklər edib, cəsarəti, fərqli yanaşmaları və yüksək səhnə mədəniyyəti ilə musiqi tariximizdə silinməz izlər buraxıb. Onun adı yalnız hit mahnılarla deyil, həm də şou-biznesdə bir ilkə çevrilən layihələrlə, ən bahalı kliplərlə, səhnədəki maraqlı performanslarla və cəsarətli imici ilə assosiasiya olunur. Estrada musiqisində yeni bir dövr başladan Kazımova elə buna görə də hər zaman "İlklər Kraliçası" adlandırılıb. Aygün Kazımova sadəcə bir müğənni deyil, o, illərdir sənətinə sadiq qalan, özünü yeniləməyi bacaran, zamanla ayaqlaşan və bu zamanın özünü belə dəyişdirən bir sənətkardır.  

39 il boyunca sənəti, enerjisi və gücü ilə xalqın qəlbində yer alan Kazımova bu gün də estrada musiqisinin avanqard siması olaraq qalır. O, yalnız musiqi deyil, həm də bir dövr, bir üslub və bir sənət məktəbidir. 

Bəzi mənbələrdə Pop kraliçanın peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəldiyi qeyd edilib. Amma Kazımova açıqlamasında sənət fəaliyyətinə bundan əvvəl başlayıb. Belə ki, o, hələ 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb.

O dövrdə Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Müğənni "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa edib və böyük səs-küyə səbəb olub.

Bundan sonra Pop kraliçanın böyük səhnədəki fəaliyyəti parlayıb. Onun ilk uğuru "Bakı payızı" yarışmasının qalibi seçilməklə başlayıb. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi, Kazımovaya daha da stimul verib. 

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edərək, Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Mahnını muğam ilə sintez edən 18 yaşlı Aygün bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb. 

1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib və ikinci yerə layiq görülüb. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlı olub.

Azərbaycan estradasında daha bir yeniliyə imza atan Kazımova dünya ulduzu Snup Doqla "Coffee from Colombia" duetini oxuyub. Bu layihə üçün evini satan Ulduz bir ilk edib. Onun bu addımı hələ də gündəmdən düşmür.

Son dövrlərdə isə Kazımova sənətində yeni bir era başlayıb. Artıq bir neçə ildir ki, o, özü ilə bağlı gündəmi yalnız mahnılar, kliplər və tərzi ilə zəbt etməyi bacarır. Bir-birinin ardınca hit mahnılar təqdim edən müğənni Türkiyədə fərqli kliplər çəkdirir. Xüsusilə, "S.O.S" adlı super hit onun bu dövrdəki zirvə nöqtələrindən biri oldu. "S.O.S" tək Azərbaycanda yox, dünyada səs-küy doğurdu. Rusiya, Özbəkistan, Qazaxıstan, Almaniya, İspaniya, Türkiyə kimi ölkələrdə "S.O.S" sevildi, səsləndirildi. Pop kraliçanın "Etiraf", "Əlcək", "Qorxuram", "Can ol" kimi mahnıları yutubda milyonlarla baxış topladı, hit-paradlarda birinci oldu. "Abrakadabra" mahnısında dediyi kimi, o sanki "Aydan gəlib" və bu musiqi dünyasına yalnız işıq, enerji və fərqlilik gətirib. Kazımova təkcə səhnədə deyil, həm də musiqidə və tərzdə bir məktəb, bir ikonaya çevrilib. Bu isə təkcə sənət deyil – bu, bir fenomenin fəaliyyətidir.

Aygün həyatında yaşadığı hər şeyi sevənlərinə göstərən bir sənətkardır. Elə onun ad günündə təqdim etdiyi "Etiraf"ı kimi. Uşaqlığından indiyənə kimi yaşadıqlarını bir neçə dəqiqəyə sığdırmağı da o bacardı. Hər zaman yaşadıqlarını pozitiv dillə təqdim edən Kazımova ilk dəfə "Etiraf"da çəkdiklərini dilə gətirib: 

Mən bu yollardan çox keçmişəm,
Hər cür insanları çox görmüşəm.
Nifrətin, kinin səbəbi nəydi bilməmişəm...

Aygün Kazımova isə hər dəfə deyir: "Bu, hələ son deyil". O, etdiyi bütün yenilikləri tamaşaçının gördüyü kimi pik nöqtədə görmür. Yeni bir işə imza atmaq, Kazımova üçün növbəti bir yeniliyin təməlidir. Onun geyimləri tənqid olunub, mahnıları müzakirə edilib, davranışları danışılıb. Amma bir həqiqət heç vaxt dəyişməyib: O, gündəmi yaradıb, heç vaxt ona tabe olmayıb.

Aygün Kazımova sadəcə bir müğənni deyil. O, Azərbaycan pop mədəniyyətinin canlı tarixidir. Və bu tarix hələ yazılmağa davam edir…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:369
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri