Gündoğan Almaniyanın dünya çempionatı ilə erkən vidalaşmasını şərh edib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Almaniya millisinin tanınmış sabiq futbolçusu İlkay Gündoğan yığmanın 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində sensasiyalı şəkildə mübarizəni dayandırmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, o, komandasının çıxışını sərt tənqid edib.
“Bundestim son oyunda inamlı futbol göstərə bilmədi. Buna heç bir bəraət yoxdur. VAR-ın qolu ləğv etməsi? Belə epizoda İngiltərə Premyer Liqasında sadəcə gülər, oyunu davam etdirərdilər. Bu, böyük məyusluqdur”, - deyə Gündoğan bildirib.
Qeyd edək ki, Almaniya - Paraqvay görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Yulian Nagelsmanın yetirmələri 3:4 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə vidalaşıblar.
Baxış sayı:159
Bu xəbər 30 İyun 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















