Icma.az
close
up
RU
Gündüz Kərimov: Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb

Gündüz Kərimov: Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

İyirmi il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib. Əminliklə deyə bilərik ki, Məhkəmə-Hüquq Şurasının 20 illik gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb. Bu gün məhkəmələr və hakimlər hüquq cəmiyyətinin ən görkəmli institutlarına və nümayəndələrinə çevrilib, ölkənin hüquq mühafizə sistemində layiqli və obyektiv mövqe tuturlar. Məhkəmə-Hüquq Şurası sovet üsulundan azad olunmuş dövlət idarəçiliyinin ən parlaq nümunələrindən biridir və müasir dövrümüzdə belə olaraq qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.

Gündüz Kərimov qeyd edib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib: "Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və Şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı öz aktuallığını saxlamaqdadır. Fərmanın preambulasında deyilir ki, müasir dövrün tələblərinə cavab verən, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları genişləndirilməli, məhkəmə fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün əlavə tədbirlər gücləndirilməlidir. Bu çağırışlar hazırda da Məhkəmə-Hüquq Şurası üçün aktualdır”.

Gündüz Kərimov diqqətə çatdırıb ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, prosedurların səmərəli və effektiv keçirilməsi, qəbul edilmiş qərarların aydın və ağlabatanlığı, qərarı qəbul etmiş hakimin düşüncəsinin və qərarqəbuletmə bacarığının, qərəzliliyinə şübhələrin olmaması ilə dəyərləndirilir. “Bu gün, sadaladığımız həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız və yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür. Arzu edirik ki, növbəti illərdə Məhkəmə-Hüquq Şurası məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və ümumən məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması səylərini daha da artırsın. Cəmiyyətin bu etibarını və etimadını saxlamaq üçün mövcud və gələcək hakimlər savadı və biliyi ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar. Məhkəmə sistemi kiçik bir ailədir. Özünəməxsus, ayrıca idarə olunan, hətta bəzən qapalı bir ailədir. Ölkədə hakimlərin sayı 600, 700, 800 ola bilər, bu əsas məsələ deyil. Bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır. Onun müstəqilliyi çox önəmlidir. Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminə müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək. Bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaq", - deyə Gündüz Kərimov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri