Icma.az
close
up
RU
Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı oldu

Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı oldu

Icma.az, Milli.az saytına istinadən bildirir.

Mayın 16-da Azərbaycan Dövlət Milli İncəsənət Universitetində yazıçı publisist Günel Anarqızının "Sərhədsiz səma" kitabının təqdimatı və universitetin müəllim və tələbə heyəti ilə görüşü keçirildi. 

Açılış nitqi ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva çıxış etdi.

O, Günel Anarqızının yaradıcılığı, ictimayi fəaliyyəti və yeni kitabı haqqında məlumat verdi. Sonra Ədəbiyyat və dillər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Həsənova söz alıb yazıçının yeni kitabında yer alan əsərlərin tələbələr arasında maraqla qarşılandığı və həvəslə hazırlandığı haqqında danışdı. Daha sonra "Sərhədsiz səma" kitabında yer alan əsərlər əsasında ədəbi-bədii kompozisiya aktrisa Günel Həsənovanın ifasında nümayiş olundu.

Tədbirdə həmçinin tələbələr Şəhla Sadıqova və Zəhra Abdulqədirova Günel Anarqızının "Şuşaya məktub", Lalə Cəlili "Əsgərə məktub", Əliağa Tapdıqlı və Firuzə İsmayıl "Bayrağa ithaf",   Nihad Kərimov, Aişə Şirinova və İlahə Şirbidova  "16 səbəb" hekayələrini səsləndirdilər. Tədbiri "Şuşanın dağları", "Xudayar təsnifi" ilə tələbələr Fərid Əzizli, Nihad Quliyev və Nigar Əlizadə məharətli ifaları ilə rəngləndirdilər.

Sonda yazıçı Günel Anarqızı tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi, müəllim və tələbələrin suallarına cavab verdi və kitablarını imzaladı.

Yekunda müəllif cənab Prezident İlham Əliyevə sənət adamları üçün yaratdığı əlverişli şəraitə və göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirdi.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri