Günel qəza ilə bağlı paylaşım etməyən türkiyəli sənətçiləri qınadı
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı türkiyəli həmkarlarının Aktauda qəzaya uğrayan AZAL-la bağlı paylaşım etməmələrini qınayıb.
O, "Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun" sözləri yazılan paylaşımı sosial media hesabında yayımlayaraq səsləndirilən fikirləri dəstəkləyib.
"Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?" deyə, Günel türkiyəli sənətçilərə irad bildirib.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı az sayda türkiyəli məşhur Azərbaycana başsağlığı verib.
Baxış sayı:137
Bu xəbər 27 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















