Icma.az
close
up
RU
GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... İstismar müddəti bitəndən sonra nə olacaq?

GÜNƏŞ PANELLƏRİNİN GİZLİ PROBLEMİ... İstismar müddəti bitəndən sonra nə olacaq?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda bərpa olunan enerji mənbələrinə marağın artması günəş enerjisi layihələrinin genişlənməsinə şərait yaradır. Günəş panelləri ekoloji cəhətdən təmiz enerji istehsalına imkan versə də, onların istismar müddəti başa çatdıqdan sonra yaranan tullantıların idarə olunması mühüm məsələyə çevrilir. Panellərin tərkibindəki şüşə, alüminium və digər materialların təkrar emalı həm resurslardan səmərəli istifadə, həm də ətraf mühitin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda günəş panellərinin utilizasiyası və təkrar emalı üçün hansı imkanların mövcud olduğu, bu sahədə infrastrukturun yaradılmasına ehtiyac isə müzakirə doğurur. 

İstismar müddəti başa çatmış günəş panellərinin utilizasiyası hansı qaydada həyata keçirilməlidir və bu proses üçün ölkədə texniki infrastruktur mövcuddurmu? Günəş panellərinin hansı komponentləri təkrar emal edilə bilər və bu materialların yenidən iqtisadi dövriyyəyə qaytarılması hansı imkanlar yaradır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadə baxımından geniş təbii imkanlara malikdir.

Onun sözlərinə görə, ölkə ərazisinin böyük hissəsində günəşli günlərin çox olması günəş enerjisinin inkişafı üçün əlverişli şərait yaradır. Bu potensialdan səmərəli istifadə etmək üçün müvafiq infrastrukturun qurulması vacibdir: "Günəş enerjisi təmiz və bərpa olunan enerji mənbəyi olsa da, panellərin istehsalı, istismarı və yararlılıq müddəti başa çatdıqdan sonra utilizasiyası ilə bağlı məsələlər də diqqətdə saxlanılmalıdır. Günəş panellərinin hazırlanmasında istifadə olunan materialların əldə edilməsi, eləcə də onların ayrı-ayrı komponentlərinin təkrar emalı müəyyən çətinliklər yarada bilər. Buna görə də bərpa olunan enerji layihələri həyata keçirilərkən təkcə elektrik enerjisinin istehsalı deyil, qurğuların bütün istismar dövrü nəzərə alınmalıdır".

Ekspert qeyd edib ki, gələcəkdə neft ehtiyatlarından asılılığın azaldılması baxımından günəş və külək enerjisindən istifadənin genişləndirilməsi əhəmiyyətlidir: "Bununla belə, enerji qurğularının quraşdırılması ilə yanaşı, onların istehsalı, texniki xidməti və istismar müddəti başa çatdıqdan sonra təkrar emalı üçün də müvafiq infrastruktur yaradılmalıdır. Günəş panellərinin yerləşdiriləcəyi ərazilərin düzgün seçilməsi vacibdir. Məhsuldar kənd təsərrüfatı torpaqlarından istifadə etmək əvəzinə, təsərrüfat dövriyyəsindən çıxmış və ya yararsız sahələrdə belə qurğuların quraşdırılması daha məqsədəuyğundur. Bu yanaşma həm enerji istehsalına, həm də münbit torpaqların qorunmasına töhfə verə bilər".

Ə.Əliyev əlavə edib ki, külək və tozlanma günəş panellərinin səthində çirklənmə yaradaraq onların səmərəliliyini azalda bilər. Buna görə də qurğuların müntəzəm təmizlənməsi və texniki xidmətinin təşkili əvvəlcədən planlaşdırılmalıdır: "Azərbaycanda günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün Kür-Araz ovalığı, Ceyrançöl, Naxçıvan və Qobustan kimi ərazilər diqqət çəkir. Layihələrin reallaşdırılması zamanı torpaqların təyinatı, ərazinin təbii xüsusiyyətləri və mövcud infrastruktur nəzərə alınmalıdır. Hesab edirəm ki, bərpa olunan enerji sahəsinin davamlı inkişafı üçün Azərbaycanın təbii potensialından istifadə ilə yanaşı, istehsal, texniki xidmət, təkrar emal və tullantıların idarə olunması məsələləri də kompleks şəkildə həll edilməlidir".

Oğuz Ayvaz

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri