Icma.az
close
up
RU
Günəş panellərinin optimal istiqamətini təyin edən metod işlənilib

Günəş panellərinin optimal istiqamətini təyin edən metod işlənilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Bərpaolunan enerji mənbələrindən səmərəli istifadə metodları” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən institutun baş direktoru akademik Akif Əlizadə bərpaolunan enerji mənbələrindən istifadə problemlərinin həllində ölkə alimlərinin çalışmalarını və bu sahədə AMEA-nın müxbir üzvü Rauf Qardaşovun və kiçik elmi işçi Emin Qardaşovun səylərini vurğulayıb.

Rauf Qardaşov məruzəsində bildirib ki, bərpaolunan enerji mənbələrindən istifadə qlobal bir çağırışdır, Azərbaycan Respublikasında da yaşıl enerjiyə keçid məqsədilə Dövlət proqramları qəbul edilib və uğurla həyata keçirilir. Günəş və külək enerjisinin təbii və texniki potensialının qiymətləndirilməsi istiqamətində son 10 ildə aparılmış tədqiqatlar əsasında mühüm nəticələr əldə edilib. Belə ki, Günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarımillik, illik istifadə üçün optimal istiqamətini təyin edən metod işlənilib. Bu metod mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiq edilə bilər. Metodun adekvatlığı Zaqatalanın dağlıq turizm bölgəsində aparılan bir sıra eksperimentlərlə yoxlanılıb. Həmçinin baxılan coğrafi bölgənin “külək gücü” potensialının qiymətləndirilməsinin və külək turbinlərinin “tutum əmsalı”nın (Capacity Factor CF) təyininin analitik metodu işlənilib. Eləcə də avtomobil yollarının Günəş enerji potensialının hesablanması metodu hazırlanıb.

Rauf Qaraşov vurğulayıb ki, Füzuli–Şuşa yolunun Günəş enerjisi potensialı illik orta 3320 GVt/saat, günlük orta isə 9097 MVt/saat təşkil edir. “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yolunun Günəş enerjisi potensialı illik orta 4404 GVt/saat, günlük orta isə 12067 MVt/saat olmaqla PV çıxışı 1810 MVt/saatdır. Bu, bir gündə orta hesabla, akkumulyator tutumu 30 kVt/saat olan 60330 elektromobili elektrik enerjisi ilə təmin edə bilər.

Məruzəçi daha sonra inkişaf etmiş bir sıra ölkələrdə bərpaolunan enerji mənbələrindən qabaqcıl istifadə metodlarından nümunələr gətirib və bu sahədə Azərbaycanın potensial imkanlarının tətbiqi ilə bağlı dövlətimizin başçısının göstərişlərini ehtiva edən sənədləri xatırladıb. Daha sonra o, həmkarlarının çoxsaylı suallarını cavablandırıb. Həmçinin maraqlı keçən tədbirdə çıxışlar olub, təkliflər səsləndirilib.

Akademik Akif Əlizadə tədbirin səmərəli keçdiyini vurğulamaqla yanaşı, təklif edib ki, məruzəçi ideyalarını və elmi nəticə verəcək təcrübi işlərini reallaşdırmaq sahəsində fəallığını artırmalıdır. Geologiya və Geofizika İnstitutu isə öz növbəsində ideya və təkliflərin reallaşmasında dəstəyini əsirgəməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see242

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see194

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see165

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see160

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see159

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see150

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see139

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see137

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see127

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri