Günəş partlayışı kosmik aparatlarda radiasiyanı 50 dəfə artırıb
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sonuncu, ən yüksək sinifli Günəş partlayışı nəticəsində Günəşdən Yer orbitinə doğru böyük həcmdə sürətləndirilmiş proton axını gəlib və bu, kosmik aparatlara düşən radiasiya yükünü 50 dəfə artırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (İSZF SO RAN) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
“Günəşdən sürətləndirilmiş protonlar kütləvi şəkildə Yer orbitinə çatıb və kosmik teleskopların görüntülərində "qar fırtınası" effekti formalaşdırıb. Bu, Yerə doğru sürətli plazma atılmasının yaxınlaşmasının ən etibarlı əlamətlərindən biridir. Son sutka ərzində Yer ətrafında enerjisi 10 MeV-dən yuxarı olan protonların sıxlığı 1000 dəfədən çox artıb. Kosmik aparatların elektronikasına yüksək enerjili hissəciklərin təhlükəli təsirinin başladığını göstərən "qırmızı səviyyə" hazırda təxminən 50 dəfə aşılıb və artmaqda davam edir. Bu hal yalnız ən güclü Günəş partlayışlarının Yerə birbaşa təsiri zamanı müşahidə olunur”, — deyə məlumatda bildirilir.
Laboratoriyada əlavə ediblər ki, bu göstərici 2025-ci ildə cəmi iki dəfə — 1 iyun və 12 noyabr tarixlərində oxşar səviyyəyə çatıb. Hər iki halda “qar fırtınası” Yerə güclü zərbələrdən və G4 səviyyəsindən yuxarı maqnit qasırğalarından əvvəl müşahidə olunub və bu hadisələr hissəciklərin gəlişindən sonra bir sutka ərzində başlayıb.
2026-cı ildə qeydə alınan ilk Günəş partlayışı bazar günü axşam saatlarında baş verib və ən yüksək sinfə — X1.9 səviyyəsinə çatıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















