Günəşdə avqustun ən güclü alovlanması baş verdi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Avqustun əvvəlindən bəri Günəşdə ən güclü alovlanma avqustun 20-də qeydə alınıb. Alovlanmanın intensivliyi demək olar ki, ən yüksək "X" sinfinə çatıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bakıvaxtı.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutun məlumatında bildirilir ki, Moskva vaxtı ilə saat 14:42-də (Bakı vaxtı ilə saat 15:42-də) Günəşin 4513 (N04E89) ləkə qrupunda rentgen diapazonunda 26 dəqiqə davam edən M8.1 sinifli alovlanma qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl Günəşdə M sinifli başqa bir alovlanma da müşahidə edilmişdi. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun məlumatına görə, avqust ayı üzrə əvvəlki rekord cəmi bir neçə saat davam edib.
Günəş Mərd
Baxış sayı:150
Bu xəbər 20 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















