Günəşdə güclü partlayışlar 2028 ci ilə qədər davam edəcək
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
2026-cı ilin sonuna qədər Günəş səthində təqribən 5-10 ədəd X kateqoriyalı partlayışın qeydə alınması ehtimal edilir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. İnstitutdan verilən məlumata görə, M və X dərəcəli Günəş partlayışlarının təxminən 2028-ci ilə qədər müşahidə olunacağı gözlənilir. Bu tarixdən sonra onlar səngiyəcəklər. Cari ildə daha 5-10 X səviyyəli partlayışın olması ehtimal edilir. Günəşdəki partlayışlar yaydıqları rentgen şüalanmasının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən aşağı səviyyə olan A0.0 Yer kürəsinin orbitində hər kvadratmetrə düşən 10 nanovat radiasiya gücünə bərabərdir. Hər növbəti hərfə keçid zamanı güc on qat artır. Bu cür alovlanmalar, adətən, günəş plazması kütlələrinin atılması ilə nəticələnir ki, bu da Yerə çatdıqda geomaqnit fırtınalar yarada bilər.
Baxış sayı:83
Bu xəbər 05 Mart 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















