Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Sentyabrın 30-da və oktyabrın 1-də Günəş səthində sondan əvvəlki güc kateqoriyası olan M sinfinə aid partlayışların baş verməsi ehtimal olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
İnstitutdan qeyd edilib ki, göstərilən tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olsa da, M sinfinə aid partlayışlar istisna edilmir.
Rentgen şüalanmasının intensivliyindən asılı olaraq, Günəş partlayışları beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif olan A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçid zamanı güc on dəfə artır. Bu partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarının yaranmasına gətirib çıxara bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 30 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















