Günəşdə yeni güclü alışmalar gözlənilir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur.
Modern.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.
Məlumata görə, sentyabrın 3-ü və 4-də Günəşdə alışma aktivliyi, əsasən, aşağı səviyyədədir, lakin M sinfindən olan alışmalar mümkündür.
Daha əvvəl də bildirildiyi kimi, çərşənbə günü axşam saatlarında Günəşdə güclü alışma qeydə alınıb.
Rentgen şüalarının intensivliyinə əsasən, Günəşdəki alışmalar beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt şüalanma gücü ilə xarakterizə olunur. Hər növbəti hərflə işarələnən sinfə keçid zamanı bu güc on dəfə artır. Bu cür alışmalar əksər hallarda Günəş plazmasının kütləvi tullantıları ilə müşayiət edilir ki, həmin plazma buludları Yer planetinə çatdığı təqdirdə geomaqnit qasırğalarına səbəb ola bilər.
Baxış sayı:42
Bu xəbər 03 Sentyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















