Günəşdəki partlayış aktivliyi ilə bağlı PROQNOZ
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Avqustun 12-13-də Günəşdə partlayış aktivliyinin əsasən aşağı səviyyədə olacağı proqnozlaşdırılır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Qurumun yaydığı məlumatda qeyd olunub ki, avqustun 12-də və 13-də Günəşdə partlayış aktivliyi ümumilikdə zəif olsa da, M sinfinə daxil olan partlayışların qeydə alınması mümkündür.
Rentgen şüalanmasının güc göstəricilərindən asılı olaraq Günəş partlayışları beş müxtəlif sinfə təsnif edilir: A, B, C, M və X. Ən aşağı olan A0.0 sinfi Yerin orbitində kvadrat metrə 10 nanovat şüalanma gücünə bərabərdir. Təsnifatda hər sonrakı hərfə keçid şüalanma gücünün 10 dəfə artması deməkdir. Bu cür partlayışlar çox zaman Günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarının yaranmasına səbəb ola bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















