Icma.az
close
up
RU
Günəşin yeni rakursdan şəkli çəkilib VİDEO

Günəşin yeni rakursdan şəkli çəkilib VİDEO

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az Avropa Kosmik Agentliyinin Kosmik gəmisinin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, alimlərin fikrincə, 2025-ci ilin fevral ayından onun orbiti Günəş ekvatoruna 17° bucaq altında əyləşdiyi üçün belə bir şəkil əldə etmək mümkün olub.
İndiyədək Günəşin bütün şəkilləri təxminən eyni tərəfdən – “ekvator”dan götürülüb, çünki bütün planetlər və peyklər eyni müstəvidə fırlanır. İndi alimlər Günəşin cənub qütbünün unikal mənzərəsini əldə ediblər.
Günəşi yeni bucaqdan müşahidə etmək üçün “Solar Orbiter” eyni anda üç elmi cihazdan istifadə edib. PHI kamerası normal işıqda şəkillər əldə edib və ulduzun səthindəki maqnit sahəsinin xəritəsini çəkməyə imkan yaradıb. EUI cihazı qurğusu Günəşin xarici qabığında, tacda isti qaz göstərən ultrabənövşəyi radiasiyanı aşkarlayıb. SPICE cihazı isə Günəş atmosferinin müxtəlif hündürlüklərdə və temperaturlarda necə parıldadığını öyrənib.
Bu müşahidələr Günəşin laylı quruluşuna və maddənin onun xarici təbəqələrində necə hərəkət etdiyinə nəzər salmağa imkan verir. Alimlər bu məlumatların Venera və Saturnda qeydə alınanlara bənzər qütb burulğanları kimi nadir hadisələri aşkarlamağa kömək edəcəyinə ümidlidirlər.
2025-ci ilin martında aparılan ilk müşahidələr seriyası “Solar Orbiter” Günəşi 15° bucaq altında müşahidə edərkən artıq mühüm elmi nəticələr verib.
PHI cihazı əks qütblü maqnit sahələrinin eyni vaxtda Cənub Qütbündə mövcud olduğunu qeydə alıb - bu, yalnız planetin maksimum aktivliyi dövründə, Günəşin maqnit sahəsinin dəyişdiyi zaman baş verir. Alimlərin proqnozuna görə, yaxın 5-6 il ərzində Günəş minimum fazaya keçəcək və sahə yenidən stabilləşəcək.
Digər mühüm nəticə isə günəş maddəsinin hərəkət sürətinin ölçülməsi ilə bağlıdır. SPICE qurğusu hissəciklərin ulduzun səthindən necə atıldığını izləməyə imkan verib ki, bu da günəş küləyinin əmələ gəlmə mexanizmlərini anlamağa kömək edəcək.
Alimlərin fikrincə, yüksək enliklərdən aparılan müşahidələr günəş aktivliyinin, maqnit sahəsinin strukturunun və kosmik havanın proqnozlaşdırılmasının öyrənilməsində yeni dövr açacaq. Növbəti addım 2029-cu ildə orbitin mailliyini 33°-ə çatdırmaqdır. Bu, Günəşin qütb bölgələrindən daha dəqiq məlumat əldə etməyə imkan verəcək.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 İyun 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri