Icma.az
close
up
RU
“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb Fotolar

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.

AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243 çarpayılıq 133 otaq var. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq var. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. 

Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.














Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri